Vaşinqton dünyaya arxa çevirməyib
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın onlarla beynəlxalq təşkilatdan çıxmaq qərarından sonra Dövlət Katibi Marko Rubio Vaşinqtonun dünyaya arxa çevirmədiyini bildirib.
"Ölkə.az" xəbər verir ki, onun bəyanatı "Substack" onlayn platformasındakı departamentin səhifəsində dərc edilib.
O bildirib ki, ABŞ öz hərəkətləri ilə "Amerika vergi ödəyicilərini geniş qlobal idarəetmə arxitekturasının qlobal qarantı kimi görən köhnəlmiş çoxtərəflilik modelindən" imtina edir.
Rubio əlavə edib ki, ABŞ beynəlxalq təşkilatlarda gələcək iştirakını nəzərdən keçirəcək.
Yanvarın 8-də ABŞ Prezidenti Donald Tramp ABŞ-ın 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan memorandum imzalayıb. Sənəddə ABŞ-ın bütün icra departamentləri və agentliklərinə Birləşmiş Millətlər Təşkilatı sisteminə daxil olmayan 35 təşkilatın, eləcə də 31 BMT qurumunun fəaliyyətində iştirakını və maliyyələşdirilməsini dayandırmaq tapşırılıb.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 10 Yanvar 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















