Icma.az
close
up
RU
Vaşinqton görüşündə daha nələr razılaşdırılıb? Zəngəzurla bağlı iki qeyd

Vaşinqton görüşündə daha nələr razılaşdırılıb? Zəngəzurla bağlı iki qeyd

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Vaşinqtonda Əliyev, Paşinyan və Tramp Azərbaycan–Ermənistan münasibətləri, ümumilikdə Cənubi Qafqazda yeni dövrün başlanğıcı hesab ediləcək Birgə Bəyannamə imzaladı”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

A.Nərimanlı bildirib ki, Bəyannamə rəsmi Bakının sülh sazişinə dair irəli sürdüyü bütün tələblərinin qəbul edilməsi deməkdir:

“Birincisi, de-fakto mövcud olmayan Minsk qrupu de-yure arxivə göndərilir;

Bəyannamədə Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğv edilməsi məqsədilə ATƏT-in Baş Katibinə birgə müraciəti təsdiq olundu. Beləliklə, rəsmi Bakı istədiyinə nail oldu:

– Artıq mövcud olmayan Minsk qrupu de-yure də ləğv edilir;

– Keçmiş “Dağlıq Qarabağ” münaqişəsi məsələsi rəsmi şəkildə tamamilə bağlanır;

İkincisi, Ermənistan Konstitusiyası dəyişdiriləcək;

Bəyannamədə qeyd olunur ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Bu o deməkdir ki, yekun sülh sazişinin imzalanması üçün “əlavə tədbirlər”, yəni Ermənistan konstitusiyasının dəyişdirilməsi təmin ediləcək, yalnız bundan sonra imzalar atılacaq.

Üçüncüsü, Zəngəzur dəhlizi reallaşır;

Həmçinin oxuyun:

“Qordi düyünü” açılır: Bakı və İrəvan arasında tarixi sülh – Detallar

Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxının təmin edilməsi – Zəngəzur dəhlizi ilə bağlı iki qeyd yer alır.

1. “Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı”dır.

2. “Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ-la və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlı əməkdaşlıq edəcəkdir” deyilir: burada “üçüncü tərəf” Azərbaycandır;

Layihə TRİPP adlandırılsa da, söhbətin məhz Zəngəzur dəhlizindən – Azərbaycanın Naxçıvana maneəsiz keçidindən getdiyi aydındır.

Dördüncüsü, sülh sazişinin paraflanmasıdır;

Bəyannamədə tərəflərin saziş mətninin parafladığı əksini tapır. Sazişin paraflanması yekun müqavilənin bağlanması demək olmasa da, irəliyə doğru ciddi addım kimi qəbul edilə bilər. Artıq yekun sülh müqaviləsinin önündə ciddi maneə qalmayıb

– ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlı müraciət edildi;

– Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi – Zəngəzur dəhlizi reallaşdırıldı;

– Həllini gözləyən məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir;

Bölgədə yeni mərhələ başlayır və bu mərhələnin başlanğıcı olan Vaşinqton görüşünün nəticələrinə görə, müharibənin qalibi olan Azərbaycan sülh masasında da qazandı”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 06:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri