Icma.az
close
up
RU
İrandan Zəngəzurla bağlı absurd iddia 2023 də nələr yaşanıb?

İrandan Zəngəzurla bağlı absurd iddia 2023 də nələr yaşanıb?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti iddia edib ki, bəzi dövlətlərin “Zəngəzur dəhlizi” layihəsinin məqsədi İranla böyük əlaqələri kəsmək olub. Vilayəti Tehranın “sayıqlıq və güc nümayişi” ilə bunun qarşısını aldığını deyib.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər birtərəfli, reallıqdan uzaq və siyasi manipulyasiya nümunəsidir:

“Bu bəyanat daha çox İranın daxili auditoriyasına hesablanmış ritorika olmaqla yanaşı, regiondakı geosiyasi prosesləri təhrif etmək məqsədi daşıyır. Onun “Zəngəzur dəhlizi İranla əlaqələri kəsmək üçün planlaşdırılıb” iddiası tamamilə əsassızdır. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini bərpa etmək məqsədi daşıyır. Bu, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatında açıq şəkildə qeyd olunub və Ermənistanın özü bu razılaşmaya imza atıb.

Əgər bu layihə İrana qarşı idisə, onda bu bəyannamənin tərəfi olan Rusiya və Ermənistan niyə razılıq verdi? Əslində, dəhlizin reallaşması İran üçün də iqtisadi imkanlar açacaq, çünki regiondakı kommunikasiya sistemlərinin inkişafı Tehran üçün yeni ticarət yolları və tranzit imkanları deməkdir.

Vilayəti “NATO-nun regiona nüfuz etməsi” kimi təhlükə yaratmağa çalışır, halbuki Zəngəzur dəhlizi layihəsi NATO deyil, regional ölkələr – Azərbaycan, Türkiyə və Rusiya tərəfindən müzakirə olunur. İranın bu layihəyə qarşı çıxışı, əslində, özünün iqtisadi və geosiyasi marjinalizasiya qorxusundan qaynaqlanır.

İran doğrudanmı Zəngəzurda NATO-nun qarşısını aldı? O zaman 2023-cü ildə Ermənistan-Aİ razılığına əsasən faktiki olaraq NATO ölkələrini təmsil edən dövlətlərin nümayəndələrinin Qərbi Zəngəzurda keşik çəkmələrini və Ermənistan-Aİ-ABŞ arasında 2024-cü ilin baharında imzalanan anlaşmanı necə başa düşmək olar? Məgər Paşinyanın əli ilə Qərb regionda hərbi imkanlarını genişləndirmirmi?”

Zaur Məmmədov

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi Çindən Avropaya qədər uzanan Orta Dəhliz üçün böyük əhəmiyyət daşıyır:

Həmçinin oxuyun:

Laçında hava limanının açılışı, tarixi Zirvə görüşü – Hansı mesajlar verildi? – Deputatdan ŞƏRH

“Bu dəhliz açıldıqda:

Azərbaycan, Türkiyə, Orta Asiya ölkələri və Çin üçün əldə edilən nəqliyyat xərcləri azalacaq;

Zəngəzur dəhlizi yalnız geosiyasi deyil, iqtisadi baxımdan da olduqca rentabellidir;

Vaxt və məsafə baxımından daha qısa nəqliyyat marşrutu təklif edir;

Azərbaycan və Türkiyənin enerji və logistika layihələri ilə sinxronlaşır (TANAP, BTQ dəmir yolu və s.);

Çin-Orta Asiya-Türkiyə-Avropa marşrutu üzərində yerləşməklə Böyük İpək Yolunun qollarından biri ola bilər;

Bu layihə yalnız regional ölkələr üçün deyil, qlobal iqtisadi sistem üçün də strateji əhəmiyyət daşıyır;

Beləliklə, Zəngəzur dəhlizi nə İrana qarşı yönəlib, nə də onun milli təhlükəsizliyinə təhdiddir. Əksinə, bu dəhliz regionda sülh, iqtisadi inkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 İyun 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri