Icma.az
close
up
RU
Geosiyasi məkan və ortaq maraqlar

Geosiyasi məkan və ortaq maraqlar

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır”

 Azərbaycan və Mərkəzi Asiya ölkələri — Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan — ortaq tarixi-mədəni köklərə malikdir. Bu bağlar müasir siyasi və iqtisadi münasibətlər üçün möhkəm zəmin yaradır. Tarixi və mədəni yaxınlıq olaraq ortaq türk mirası və ortaq dil ailəsinə mənsubluq, İpək Yolunun yaratdığı minillik ticarət əlaqələri, ənənələrdə, musiqidə, mətbəxdə, sənətdə oxşarlıqlar, bir-birinə yaxın kollektiv yaddaş və etnopsixologiya var. Bu amillər əməkdaşlığın yalnız iqtisadi və siyasi maraqlara deyil, eyni zamanda dərin mədəni əsaslara söykəndiyini göstərir. Bu gün dünya geosiyasətində Mərkəzi Asiya və Cənubi Qafqaz strateji kəsişmə nöqtəsinə çevrilir. Azərbaycanın regional və qlobal səviyyədə artan rolu Mərkəzi Asiya dövlətlərinin maraqları ilə uzlaşır. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) — Avropadan Çinə uzanan mühüm ticarət yoludur. Azərbaycanın TANAP, TAP və digər boru kəmərləri vasitəsilə Mərkəzi Asiya resurslarının Avropaya çıxışında müstəsna rolu var. Təhlükəsizlik və sabitlik — sülh təşəbbüsləri, regionlararası sabitlik, ekstremizm və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu faktlar göstərir ki, Azərbaycan yalnız regional oyunçu deyil, həm də daha geniş Avrasiya məkanının inteqrasiya proseslərində aparıcı aktorlardan biridir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bir daha sübut edir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin dinamikası yeni, daha yüksək mərhələyə qədəm qoyur. Dövlət başçısının fikirləri bölgədə baş verən geosiyasi proseslərin mahiyyətini, qarşıdakı illərdə gözlənilən inteqrasiya potensialını və ölkələr arasında möhkəmlənən strateji həmrəyliyi dolğun şəkildə əks etdirir.

 Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə üçüncü dəfə iştirak edəcəyi bildirilir: “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir”. Bu, təsadüfi deyil — çünki Azərbaycan artıq bu formatın mühüm iştirakçılarından birinə çevrilir. Son illərdə formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu əməkdaşlığın ən mühüm platformalarından biri isə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşüdür. Azərbaycan Prezidentinin bu formata ardıcıl olaraq dəvət edilməsi ölkəmizin region üçün artan əhəmiyyətini və təsir gücünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan coğrafi olaraq Cənubi Qafqazda yerləşsə də, siyasi, iqtisadi, mədəni və təhlükəsizlik aspektləri baxımından Mərkəzi Asiya ilə vahid strateji məkanın tərkib hissəsinə çevrilib. Bu səbəbdən Məşvərət Görüşündə Azərbaycan amili təkcə simvolik iştirak deyil, həm də platformanın real siyasi və iqtisadi dəyərini artıran faktordur.
2023-cü ildə Düşənbədə Azərbaycanın ilk dəvəti region dövlətlərinin Bakıya artan marağının göstəricisi idi. 2024-cü il Astanada ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrində atılan addımlar genişləndi, enerji və nəqliyyat layihələri üzrə konkret nəticələr əldə edildi. 2025-ci ildə gözlənilən Daşkənd zirvəsində isə Azərbaycanın bu mərhələdə dəvətli tərəf kimi iştirakı münasibətlərin strateji xarakterini təsdiqləyir. Bu formatda Azərbaycanın müntəzəm iştirak etməsi coğrafi olaraq Mərkəzi Asiya ilə qovuşmasa da, Bakının bölgənin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının vacib hissəsinə çevrilməsi deməkdir.

Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri də Xəzər dənizinin mahiyyəti ilə bağlıdır. Ənənəvi olaraq coğrafi sərhəd kimi qəbul edilən Xəzər, əslində, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır. Qədim ticarət yolları, Xəzər hövzəsindən keçən mədəni əlaqələr və türk dünyasını birləşdirən ortaq keçmiş bu dənizin tarixi əhəmiyyətini önə çəkir. Bakı-Türkmənbaşı, Bakı-Aktau, Bakı-Kuryk bərə və yük marşrutları regionun enerji, ticarət və tranzit imkanlarını genişləndirir. Azərbaycan Xəzər hövzəsində enerji layihələrinin mühüm iştirakçısı olaraq Mərkəzi Asiya enerji resurslarının dünya bazarına çıxmasında rol oynayır. Bu gün Xəzər təkcə su hövzəsi deyil, yeni regional əməkdaşlıq modelinin mərkəzidir. Prezidentin sözləri həm tarixi davamlılığı, həm də müasir reallıqları özündə birləşdirərək Xəzərin inteqrasiya üçün əsas platforma olduğunu göstərir.
Dövlət başçısı müsahibəsində region ölkələri ilə münasibətlərdə formalaşan yeni strateji xətt açıq görünür. Azərbaycana verilən ardıcıl dəvətlər, Mərkəzi Asiya dövlətlərinin Bakı ilə əməkdaşlığı genişləndirmək istəyi ölkəmizin artan nüfuzunun göstəricisidir. Azərbaycan artıq enerji ixracatçısı, nəqliyyat-logistika qovşağı, Türk dünyasının siyasi mərkəzlərindən biri, Avrasiyanın təhlükəsizlik və sabitlik platforması kimi çıxış edir. Bu, regionda sülhün, əməkdaşlığın və iqtisadi inkişafın əsas vektorlarını müəyyən edən strateji liderlik roludur.

Prezident İlham Əliyevin fikirlərindən aydın olur ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər təkcə siyasi və iqtisadi maraqlara deyil, həm də dərin tarixi-mədəni bağlara əsaslanır. Xəzər dənizi bu əlaqələrin mərkəzində dayanaraq tərəfləri birləşdirən strateji məkan rolunu oynayır. Region yeni əməkdaşlıq modelinə doğru sürətlə irəliləyir və bu prosesin aparıcı qüvvələrindən biri Azərbaycandır. Bu reallıqlar Avrasiyada yeni geosiyasi konstruksiyanın formalaşdığını göstərir — tarixi köklərə əsaslanan, qarşılıqlı etimada söykənən, iqtisadi potensialı böyük olan vahid məkan. Azərbaycan isə bu məkanın ayrılmaz hissəsi və mühüm hərəkətverici qüvvəsidir.

Səyavuş Qasımov, 
Avrasiya Universitetinin rektoru, 
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see269

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see261

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see242

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see231

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see226

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see212

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see208

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see168

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri