Icma.az
close
up
RU
Vaşinqton razılaşmasının sirri: Azərbaycan bölgədə sülhün memarına çevrilir

Vaşinqton razılaşmasının sirri: Azərbaycan bölgədə sülhün memarına çevrilir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında tarixi görüşdən sonra bölgədə sülh prosesinin davamlı olaraq irəlilədiyinin şahidiyik. Təbii ki, prosesdə yenə də öncül mövqedə Azərbaycan çıxış edir. Mövcud real şərtlərin sahədə davamlı mahiyyət alması üçün rəsmi Bakı Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və əhəmiyyəti mühüm olan qərarlara imza atır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Tranzit embarqosunun ləğvi

Bu günlərdə Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfəri çərçivəsində qazax həmkarı Kasım Jomart Tokayevlə görüşündə Azərbaycanın Ermənistana işğal faktı ilə bağlı tətbiq etdiyi tranzit embarqosunu birtərəfli qaydada ləğv etdiyini açıqlayıb. "İlk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - dövlət başçısı deyib.

Rəsmi Bakının bu addımı həm də Vaşinqton görüşündən sonra bölgədə sülhün davamlı və qalıcı olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqliyinin göstəricisidir. Beləliklə, uzun illərdən bəri təcrid vəziyyətində olan Ermənistan Prezident İlham Əliyevin sözügedən qərarı əsasında yeni nəfəslik əldə etmiş oldu.

Paşinyandan İlham Əliyevə təşəkkür

Yeri gəlmişkən, İrəvandan Azərbaycan tərəfinin məlum qərarı ilə bağlı ardıcıl bəyanatlar və təşəkkürlər gəlməkdədir. Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib. Maraqlı cəhət budur ki, özü də bu təşəkkür İrəvandan yox, Gürcüstanda - V Tbilisi İpək Yolu Forumunda çıxış zamanı səsləndirilib. Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsini çox vacib irəliləyiş adlandırıb. O, tarixi inkişaflara diqqət yetirməyin labüd olduğunu söyləyib: "Hesab edirəm ki, bu, həm də burada özünü göstərir: bir il əvvəl belə bir şeyi görmədik - Ermənistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkürünü ifadə etmirdi. İndi isə bunu edir və bu, çox vacib bir irəliləyişdir".

Beynəlxalq birlikdən müsbət reaksiya

Beynəlxalq birlik də Azərbaycanın sülh prosesi ilə bağlı qərarlarını alqışlayır. 2020 və 2023-cü illərdəki tarixi qələbəmizdən sonra bölgədə daha çox təxribatçı əməlləri və sülhü zərbə altında qoyan addımları ilə yadda qalan Avropa İttifaqı (Aİ) da artıq Cənubi Qafqazdakı sülh reallıqlarını qəbul edir. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb. "Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində atılan son müsbət addımlar, o cümlədən Azərbaycan tərəfindən Ermənistan üçün Azərbaycan ərazisindən yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə verilən bəyanat məni çox ruhlandırdı", - deyə o qeyd edib.

Diplomat vurğulayıb ki, oktyabrın 21-də Cenevrədə Azərbaycan və Ermənistanın parlament sədrləri arasında keçirilən görüş də bu istiqamətdə mühüm addımlardır. Yeri gəlmişkən, spiker Sahibə Qafarovanın erməni həmkarı Alen Simonyanla da görüşünün müsbət ab-havada keçdiyi vurğulanır.

"Aİ bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bu kimi təşəbbüsləri, eləcə də əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır", - deyə M.Qrono bildirib.

QHT-lərin İrəvan görüşü

Vaşinqton razılaşmalarının ruhuna uyğun olaraq qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində müsbət addımlar bununla da yekunlaşmır. Azərbaycan Prezidentinin məlum bəyanatı fonunda son illərdə ilk dəfə olaraq ölkəmizə məxsus mülki təyyarə İrəvan hava limanına eniş edib. İrəvanda Azərbaycan və Ermənistan qeyri-hökumət təşkilatları nümayəndələrinin görüşü təşkil olunub. Tərəflər iki ölkənin vətəndaş cəmiyyətləri institutlarının sülh gündəliyinə verə biləcəkləri töhfələrin nədən ibarət ola biləcəyini müzakirə ediblər.

Sülh üçün Zəngəzur dəhlizi

Təbii ki, Vaşinqton sənədlərinin ruhuna uyğun olaraq, sülh prosesini irəlilətmək üçün ən vacib məqamlardan biri Zəngəzur dəhlizinin (Tramp yolu) ən qısa zamanda reallaşmasıdır. Bu istiqamətdə Azərbaycanın gözləntiləri ümidvericidir. Prezident İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər. "Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər", - dövlət başçısı bildirib.

İrəvanın da sözügedən məsələdəki son açıqlamaları bu tarixin reallığa çevriləcəyinə dair ümidləri artırır. Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, hazırda TRIPP layihəsi ilə bağlı Vaşinqtonla müzakirələr aparılır və mövcud infrastrukturun bərpası bir neçə ilə yekunlaşa bilər.

Milli maraqlarımıza əsaslanan sülh gündəliyi

Göründüyü kimi, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qalib gəlməsinə baxmayaraq, sülh təşəbbüsünü irəli sürdüyü kimi, bu dəfə də bölgədə rifah və sabitliyin tərəfdarı olduğunu bütün dünyaya sübut etdi. Son beş ildə atılan addımlar məhz yekun müsbət nəticənin əldə edilməsi və sülh sazişinin imzalanmasının yaxınlaşdırılmasına hesablanıb. Artıq rəsmi Bakının milli maraqlarımıza əsaslanan sülh gündəliyi beynəlxalq aləm tərəfindən birmənalı olaraq qəbul edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Oktyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri