Icma.az
close
up
RU
Vaşinqton Suriya strategiyasını Ankara ilə əlaqələndirir: Tramp adminstrasiyası indidən bilir ki...

Vaşinqton Suriya strategiyasını Ankara ilə əlaqələndirir: Tramp adminstrasiyası indidən bilir ki...

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Donald Trampın Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana isti münasibəti Ağ Evin strateji zərurətlərindən irəli gəlir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov bildirib.

Ekspert qeyd edib ki, Trampın bəyanatları Vaşinqtonun dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin parçalanması və onun yaratdığı nəzarət zolağından geniş şəkildə ayrılması riski ilə üzləşdiyi zamana təsadüf edir:

“Çünki ABŞ-nin Suriyadakı ən son maksimalist siyasət doktrinası PKK-nın çətiri altına sığınmış, lakin demokratik qüvvə kimi təsbit edilən döyüşçülər qrupu ilə əlaqəli formada inkişaf edib”.

Müsahibimizə görə, Bəşər Əsədin devrilməsindən sonra isə Türkiyənin Suriya ilə bölüşdüyü 900 kilometrlik sərhəddə təhlükəsiz zona tərtib etmək yönündə xeyli irəliləyişlər əldə edəcəyi ehtimal edilir:

“Güman ki, Trampın fəaliyyətə başlayacaq administrasiyası artıq Suriyada Türkiyəyə qarşı maksimalist siyasət yürütmək iradəsinin lazımsız olduğunu indidən hiss edir. Buna görə də, ABŞ Suriya Demokratik Qüvvələri ilə Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu arasındakı döyüşlərdə fasilə yaranmasını Vaşinqton-Ankara arasındakı yeni təmaslarda razılıqlar əldə olunması fürsəti bilir.

Onsuz da Co Bayden administrasiyasının səlahiyyət müddəti bitir və dövlət katibi Antoni Blinkenin də Türkiyəyə səfəri nəticəsiz qaldı. Lakin bu səfər öz özlüyündə sövdələşmək və gələcək şəkilləndirmədə birlikdə hərəkət etmək iradəsinin bir indeksi idi.

Bununla belə, Bayden səlahiyyət müddəti başa çatmamış estafeti Trampa ötürmək məcburiyyətindədir və Trampın bəyanatları hazırda nəticəsiz qalmış ABŞ-Türkiyə danışıqlarının məntiqini əhatə edir. Yəni, ABŞ Suriyadakı reallıqları nəzərə alaraq və Trampın gələcək administrasiyasını gözləyərək Suriyadakı keçid dövrünü daha əhatəli təşviq etmək üçün NATO üzvü Türkiyə ilə əməkdaşlığın konturlarını cızır. Lakin Ankara ilə Vaşinqton arasında PKK ilə bağlı mübahisənin nəticəsiz qalacağı ehtimalı var, bununla belə, prosesləri döyüş arenası Ankaranın xeyrinə nəticələndirmək keyfiyyətinə malikdir”.

A.Kərimov hesab edir ki, ABŞ-nin Suriyada həm kəşfiyyat əməliyyatları aparması, həm də 900 nəfərlik canlı qüvvə ilə hərbi dirəniş göstərməsi çətinləşir:

“ABŞ indi böyük bir ehtimalla ən optimal variant kimi, SDQ-nin PKK olmayan elementlərinin Dəməşqdə hakimiyyət kürsülərində təmsil olunması üçün Ankara ilə danışıqları nəzərdən keçirir.

Bir sözlə, Vaşinqton bundan sonrakı Suriya strategiyasını Ankara ilə əlaqələndirməyə çalışır, ancaq Blinkenin Ankaraya səfərindən sonra hər iki tərəfin bəyanatlarına baxsaq, razılaşmanın baş tutması ehtimalını problemli, lakin mümkün kimi izah edə bilərik”.

Həmsöhbətimizə görə, mümkün ehtimal budur ki, ABŞ Suriyaya daha geniş perspektivdən baxmaq üçün SDF layihəsini məhdudlaşdırsın.

“Problemli tərəf isə budur ki, Türkiyə Suriyada ən nüfuzlu xarici aktora çevrilsə də, ABŞ Suriyanın yeni hökumətinin beynəlxalq legitimliyi və ölkənin yenidən qurulması üçün maliyyə vəsaiti üzərində əhəmiyyətli təsir rıçaqlarına malikdir”.

Aqşin Kərimov: ABŞ-nin Suriyada kəşfiyyat əməliyyatları aparması çətinləşir

İkinci prizmaya diqqət çəkən analitikin qəanətinə görə, yeni Suriya formalaşdıqca İsrail-ABŞ münasibətləri Türkiyə əleyhinə güc paylanması kimi istifadə oluna bilər:

“Bununla belə, bu problemlərin aradan götürülməsi üçün ABŞ, Türkiyə və İsrail üçtərəfli razılaşmalara meyillənə bilərlər və regional təhlükəsizlik üçün qüvvələr məsuliyyətini təyin edə bilərlər. Hərçənd ki, hazırda Türkiyə ilə İsrailin qarşılıqlı kəskin ritorikaları bu iki dövlətin Suriya masasındakı ziddiyyətlərini ortaya qoyur”.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan danışıb. “Ərdoğan çox ağıllı adamdır” deyən Tramp Türkiyənin lideri ilə münasibətlərinin yaxşı olduğunu bildirib.

Ağ Evin yeni sahibi Türkiyənin çox güclü ordu qurduğunu da diqqətə çatdırıb.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Dekabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri