Vaşinqton Trampın andiçmə mərasiminə hazırlaşır FOTOSESSİYA AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 16 yanvar, AZƏRTAC
ABŞ-ın paytaxtı Vaşinqtonda yeni seçilmiş prezident Donald Trampın inauqurasiya mərasiminə hazırlıq işləri gedir. AZƏRTAC xəbər verir ki, 60-cı prezident seçkiləri ilə bağlı andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. Həmin vaxt həm də ABŞ-da Martin Lüter Kinq gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Paytaxt Vaşinqtonun bütün keçələrində ABŞ bayrağı asılıb. Tədbirin keçiriləcəyi ABŞ Konqresinin yerləşdiyi Kapitol binasının qərb həyətində tədbir üçün son tamamlanma işləri gedir, təhlükəsizlik tədbirləri gücləndirilir, müxtəlif yerlərdə ekranlar quraşdırılır.
Andiçmə ilə bağlı rəsmi tədbirlər yanvarın 18-də başlayacaq. Andiçmə günü isə Kapitol binasında təhlükəsizlik xidməti saat 5:30-dan fəaliyyət göstərəcək, saat 9:30-dan etibarən musiqi səsləndiriləcək. Rəsmi andiçməyə isə yerli vaxtla saat 12:00-da start veriləcək.
Mərasim yeni seçilmiş vitse-prezident Ceyms Devid Vens və yeni seçilmiş prezident Donald Trampın and içməsi ilə başlayacaq.
Andiçmə gerçəkləşdikdən sonra Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün yolasalma mərasimi baş tutacaq. Daha sonra Kapitoldakı Prezident otağında Trampın müxtəlif sənədlərə dair ilk imzalama mərasimi keçiriləcək. Ardınca Tramp Konqresin İnauqurasiya Mərasimləri üzrə Birgə Komitəsinin təşkil etdiyi naharda iştirak edəcək və daha sonra Pensilvaniya prospektində Prezident paradına baxışı keçiriləcək. Gün Ağ Evdə Oval Ofisdə imzalanma mərasimi ilə yekunlaşacaq.
Aparıcı televiziya kanalları və Ağ ev inauqurasiya mərasimini canlı yayımlayacaq.
Ümumilikdə andiçmə ilə bağlı tədbirlərdə 250 minə yaxın biletli qonaq iştirak edəcək.
İnauqurasiya mərasimində ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bill Klinton da qatılacaq. Həmçinin amerikalı milyarderlər Mark Zukerberq, Elon Mask və Ceff Bezos da mərasimi ön sırada izləyənlər arasında olacaq. Bununla yanaşı, dünyadan müxtəlif liderlərin və rəsmi şəxslərin andiçmə mərasimində iştirakı gözlənilir.
Hazırda Kapitol binasında keçmiş prezident Cimmi Karterin ölümü ilə əlaqədar bayraqlar yarıya qədər endirilib. Nümayəndələr Palatasının spikeri Mayk Conson bayraqların andiçmə mərasimi günü qaldırılacağını açıqlayıb.
Rəsmi olaraq andiçmə tədbirləri yanvarın 21-də yekunlaşacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Yanvar 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















