Icma.az
close
up
RU
Статья не опубликована
Vaşinqton və Tehran yenidən masada: Tramp bu dəfə razılıq əldə edə biləcəkmi?

Vaşinqton və Tehran yenidən masada: Tramp bu dəfə razılıq əldə edə biləcəkmi?

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İran prezidentinə yaxın peşəkar mənbə bir müddət əvvəl bildirib ki, prezident özü danışıqlara hazırdır. Lakin İranın ali dini lideri Ayətullah Əli Xamenei bu danışıqlarla bağlı narahatlıq keçirir. Bundan sonra Donald Tramp birbaşa Xameneiyə məktub ünvanlayaraq İranı danışıqlara dəvət etmişdi. Ardınca tərəflər arasında qarşılıqlı məktublaşma baş verdi və bunun nəticəsində İran və ABŞ arasında Oman vasitəçiliyi ilə danışıqlar başladı. Hazırda həmin danışıqlar davam edir. Bəs bu müddətdə Trampın İran rəsmiləri ilə görüşü mümkündürmü? Bəli, belə bir görüş mümkündür. Hər hansı beynəlxalq tədbir və ya iclas çərçivəsində ABŞ və İran prezidentlərinin görüşü baş tuta bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla dialoqa açıq olduğunu bəyan edib. Bu kontekstdə o, Oman Sultanı Heysəm bin Tariq Əl Səid ilə telefon danışığı apararaq, məsələnin diplomatik həll yollarını müzakirə edib

Siyasi şərhçi bildirib ki, Trampın birbaşa ali dini lider Ayətullah Xamenei ilə görüşü bir qədər müəmmalı görünür.

“İlk növbədə ona görə ki, Xamenei xarici siyasət məsələlərində birbaşa iştirak etmir və bu sahədə daha çox ölkə prezidenti aktiv rol oynayır. Ali dini lider əsasən kölgədən idarəetməni həyata keçirir və lazım gəldikdə prosesə müdaxilə edir. İranın hazırkı prezidenti Məsud Pezeşkiyan isə Qərblə dialoqa açıq şəxs kimi tanınır. Bu baxımdan onun Trampla görüşü real görünür. Lakin belə bir görüş üçün prezidentin ilk növbədə ali dini liderdən icazə alması və geniş səlahiyyətlərlə təmin olunması zəruridir ki, ABŞ-la aparılan danışıqlarda konkret razılaşmalar əldə etmək mümkün olsun. Hazırkı mərhələdə ABŞ və İran arasında aparılan danışıqların fonunda bəzi mənbələr, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və digər Qərb kəşfiyyat orqanları bildirirlər ki, İran nüvə silahı əldə etməyə çox yaxındır. İranın qısa zamanda nüvə silahına malik ola biləcəyi qeyd olunur. Əslində ABŞ bu prosesi müəyyən qədər yubadaraq İranı razı salmaq və sanksiyaların ləğvini təmin etmək istəyir. Ehtimal olunur ki, ABŞ danışıqlar çərçivəsində İrandan nüvə silahı proqramının dondurulmasını tələb edəcək. Əvəzində isə İran tərəfi ABŞ-ın tətbiq etdiyi ağır iqtisadi sanksiyaların ləğvini istəyəcək. Çünki bu sanksiyalar ölkə iqtisadiyyatına ciddi ziyan vurur və müxtəlif sosial-iqtisadi problemlər yaradır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 17 Aprel 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see248

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see238

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see232

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see204

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see172

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see154

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see151

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see146

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see144

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see144

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see141

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see133

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see132

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see132

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see131

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see131

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri