Icma.az
close
up
RU
Vaşinqtonda Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ ın iştirakı ilə maliyyə konfransı keçirilib

Vaşinqtonda Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ ın iştirakı ilə maliyyə konfransı keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 24 aprel, AZƏRTAC

ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Regional Maliyyə Konfransı keçirilib.

AZƏRTAC-ın məlumatına görə, konfransda Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın maliyyə sektorları arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş müzakirələr təşkil olunub. Tədbirdə mərkəzi bankların təmsilçiləri, maliyyə institutlarının nümayəndələri və maliyyə sektorunda fəaliyyət göstərən ekspertlər iştirak ediblər.

ABŞ-ın İxrac-İdxal Bankının (EXIM) Qlobal Biznesin İnkişafı üzrə vitse-prezidenti Bencamin Todun moderatorluğu ilə keçirilən müzakirələrdə çıxış edən Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın maliyyə sektorları arasında əməkdaşlıq daha da güclənməkdədir. Onun sözlərinə görə, regional tərəfdaşlıq, eləcə də ABŞ-ın maliyyə sektoru ilə qurulan strateji əlaqələr xüsusi əhəmiyyətə malikdir və bu münasibətlər sərhədlərarası ticarət, investisiya və ödənişlərin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bank rəsmisi əlavə edib ki, beynəlxalq təcrübədən faydalanmaqla tənzimləmə çərçivəsinin daha da təkmilləşdirilməsi ölkədə, eləcə də regionda maliyyə sabitliyinin təmin olunmasına töhfə verəcək. O bildirib ki, mövcud effektiv dialoq, əməkdaşlıq, təcrübə mübadiləsi regionda daha dayanıqlı və davamlı maliyyə sisteminin qurulmasında xüsusi əhəmiyyətə malikdir.

Gürcüstan Mərkəzi Bankı sədrinin birinci müavini, İdarə Heyətinin üzvü Yekatrine Mikabadze region ölkələri arasında maliyyə əməkdaşlığına böyük əhəmiyyət verdiklərini bildirib. Onun sözlərinə görə, Gürcüstan və qonşu ölkələr unikal mövqeyinə görə Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. O bildirib ki, region ticarət, logistika, maliyyə, infrastruktur, enerji üçün körpü rolunu inkişaf etdirə bilər, regionda iqtisadiyyat artımı davam etdikcə, daha yaxşı əlaqə və maliyyə xidmətlərinə ehtiyac da artır. Onun sözlərinə görə, transsərhəd ödəniş sistemlərinin inkişafı ölkələr arasında ucuz, asan və təhlükəsiz əməliyyatlar aparmağa imkan verəcək. O, həmçinin Türkiyə və Azərbaycanla kapital bazarlarının, maliyyə xidmətlərinin, rəqəmsal xidmətlərin dərinləşdirilməsi üzərində iş apardıqlarını vurğulayıb.

Türkiyə Mərkəzi Bankının icraçı direktoru Hüzeyfe Torun bildirib ki, maliyyə sahəsində regional və qlobal əlaqələr ölkələrin davamlı böyüməsinə töhfə verir. O bildirib ki, Türkiyə-Gürcüstan, Türkiyə-Azərbaycan ticarət əlaqələri son 10-20 ildə əhəmiyyətli dərəcədə inkişaf edib və Türkiyə-Azərbaycan ticarət həcmi on il ərzində təxminən 40 faiz, Türkiyə-Gürcüstan ticarət həcmi isə il ərzində təxminən 80 faiz artıb. O bildirib ki, münasibətləri qorumaq diqqət tələb edir, bu baxımdan diqqət maliyyə inteqrasiyasına yönəldilməli və uzunmüddətli münasibətlər üçün birgə infrastruktur sərmayələri davam etdirilməlidir.

Tərəflər həmçinin təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri, regional əməkdaşlığı inkişaf etdirmək imkanları və ABŞ maliyyə institutları ilə əlaqələr barədə sualları cavablandırıblar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri