Icma.az
close
up
RU
Vaşinqtonda “İbrahimin oğulları” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib

Vaşinqtonda “İbrahimin oğulları” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 14 may, AZƏRTAC

Azərbaycanın ABŞ-dakı səfirliyində ravvin Mark Şnayer və imam Şəmsi Əlinin həmmüəllifi olduğu “İbrahimin oğulları: Yəhudiləri və müsəlmanları ayıran və birləşdirən məsələlər haqqında səmimi söhbət” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə ABŞ-da akkreditə olunmuş diplomatik korpus nümayəndələri, yəhudi və müsəlman icmalarının aparıcı təmsilçiləri və tədqiqatçılar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daim bütün dinlərə hörmətlə yanaşaraq, bu dəyərləri dünyada təşviq etməyə çalışıb. Prezident İlham Əliyev də bu ənənəni uğurla davam etdirir. Səfir vurğulayıb ki, Azərbaycan islamofobiya və antisemitizmin geniş yayıldığı hazırkı dövrdə həmişə birləşdirici rol oynayıb, fərqli tərəfləri bir araya gətirib, dialoqa çalışıb və qarşıdurmadan yayınmağa üstünlük verib.

Kitabın həmmüəllifi, ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer əsərin yəhudi-müsəlman münasibətləri sahəsində əsas mənbələrdən biri olduğunu söyləyib. O, kitabın bir sıra dillərə tərcümə edildiyini qeyd edərək bildirib ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə azərbaycancaya çevrilib. Şnayer vurğulayıb ki, Azərbaycan dinlərarası dialoq və birgəyaşayış baxımından unikal nümunədir:

“Xatırlayıram, dekabr ayında antisemitizmin artması ilə bağlı bir məqalə yazmışdım. Avropanın ən böyük yəhudi qəzetində dərc olunmuşdu. Müsahibə zamanı mənə sual verdilər: ‘Əgər ABŞ-də yaşamasaydınız, harada yaşamaq istərdiniz?’ Cavab verdim: ‘Bakıda. Bakıda yaşamaq istərdim. Çünki orada antisemitizm yoxdur. Bu ölkənin birgəyaşayış modeli elə bir nümunədir ki, digər ölkələr də ondan öyrənməlidir.’”

Digər həmmüəllif imam Şəmsi Əli bildirib ki, yəhudilərlə müsəlmanlar təkcə ortaq inancı deyil, eyni zamanda ortaq taleyi paylaşırlar. Müxtəlif səbəblərdən bu iki icma arasında çoxlu anlaşılmazlıqlar yaranıb: “Əgər bu ölkəyə - Amerikaya gələn yəhudi xalqının tarixini araşdırsanız, onların necə çətinliklərlə üzləşdiyini görərsiniz. Bu gün isə burada müsəlmanlar bənzər şəkildə islamofobiya ilə mübarizə aparırlar. Amma mənim bu baxış bucağını qazanmağıma səbəb olan şəxs ravvin Mark Şnayerdir. O, 2005-ci ildən bəri, yəni artıq 20 ildir ki, Amerikada islamofobiyaya və antisemitizmə qarşı ön cəbhədə mübarizə aparır. Mən bu ölkədə müsəlman kimi özümü daha təhlükəsiz və rahat hiss edirəmsə, bu, məhz onun sayəsindədir.”

Şəmsi Əli bildirib ki, kitabın Azərbaycan dilinə tərcümə olunması xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın bütün dinləri qəbul etdiyinin və bu müxtəlifliyə qucaq açdığının göstəricisidir.

Tədbirdə çıxış edən Qazaxıstan səfiri Yerjan Aşikbayev bildirib ki, kitabın Azərbaycan dilinə tərcüməsi yalnız dinlər arasında deyil, həmçinin müxtəlif etnik qruplar, ölkələr və xalqlar arasında qarşılıqlı anlayışa mühüm töhfədir. Kitabda əks olunan dəyərlər və baxışlar Qazaxıstanın mövqeyi ilə tam üst-üstə düşür.

Daha sonra digər qonaqlar kitabın dinlərarası dialoqa, bütün inanclara hörmətə və nifrətin aradan qaldırılmasına verdiyi töhfələr barədə fikirlərini bölüşüblər.

Sonda kitab müəlliflər tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, kitab Azərbaycan dilinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tərcümə olunub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri