Icma.az
close
up
RU
ISO 7101:2023 beynəlxalq standartının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib

ISO 7101:2023 beynəlxalq standartının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən 20 fevral 2025-cil tarixində Yeni Klinikada "ISO 7101:2023 Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” adlı beynəlxalq standartın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.

Təqdimat mərasimi “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi və Özəl Tibb Müəssisələri Assosiasiyasının təşkilatçılığı və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin təşkilatı dəstəyi ilə baş tutub.

Açılış nitqində tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Keyfiyyət Assosiasiyası tərəfindən tədbirin təşkilinə sponsorluğ edən BTL Azərbaycan, Arbitro Huquq şirkəti, Səhhət Azərbaycan Almaniya tibb klinikası, SEM Academy və Medic Schoola təşəkkür edilib.

Tədbirdə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu çıxış edərək tədbirin keçirilmə məqsədini, adı keçən standartın azərbaycan dilində hazırlanma zərurətini, onun müəssisələrimiz və mütəxəssislər üçün nəzəri və praktiki vəsait kimi əhəmiyyətini qeyd edib. S. Novruzlu həmçinin bu vəsaitin nəşrinə maliyyə dəstəyi göstərən qurumlara Keyfiyyət Assosiasiyası adından öz təşəkkürünü bildirib.

Daha sonra çıxış üçün söz Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirova verilib. Direktor müavini son illər ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlardan, səhiyyənin inkişafına dövlət tərəfindən göstərilən qayğı və diqqətindən danışıb.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov çıxış edib. Millət vəkili çıxışı zamanı səhiyyənin inkişafı və problemləri ilə bağlı bir sıra vacib məsələlərə toxunub.

Millət vəkili çıxışında Keyfiyyət Assosiasiyası tərəfindən hazırlanmış ISO 7101 standartının səhiyyə və tibb müəssisələrinin fəaliyyətinin standartlaşdırılmasına qatacağı dəyəri və bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsini eləcə də QHT təşkilatları arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O, eyni zamanda bu əməkdaşlığın nəticəsi olaraq mavafiq layihə və təkliflərin Milli Məclisə təqdim edilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

Tədbirdə TƏBİBİ nnümayəndələri Teymur Mirzəbəylinin, Fəqan Həsənzadənin və Azərbaycan Standartlaşdırma İnstitutunun direktor əvəzi Kəmalə Məmmədzadənin çıxışları maraqla dinlənilib.

Daha sonra Keyfiyyət Assosiasiyasının səhiyyə müəssisələrində beynəlxalq standartların tətbiqi üzrə məsləhətçi, auditor və təlimçisi Günay Paşanın təqdimatında ISO 7101 beynəlxalq standartı, onun strukturu, məqsədi, hədəf auditoriyası, faydaları haqqında məlumat verilib.

Təqdimat mərasimində Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) İdarə Heyətinin Sədri Günel Əliyeva, Yeni Klinikanın Direktorunun iqtisadi məsələlər üzrə müavini Ravil Tağıyev çıxış edərək keyfiyyəti idarəetmənin aktual məsələlərinə, keçirilən tədbirin səhiyyə və tibb müəssisələri üçün əhəmiyyətinə toxunublar.

Tədbirdə ölkəmizdə ilk dəfə ISO 7101 beynəlxalq standartını tətbiq etmiş “Səhhət” Azərbaycan-Almaniya tibb klinikasına və Oki Hospitalına sertifikatlar təqdim edilib. Sertifikatlar INCERT sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov tərəfindən təqdim edilib. Ş. Muradov “Səhhət” klinikasında və Oki Hospitalında keçirilən audit və sertifikatlaşdırma prosesindən bəhs edib.

Bundan sonra söz “Səhhət” Azərbaycan - Almaniya klinikasının direktoru Malik Kərimova verilib. Direktor çıxışında rəhbərlik etdiyi klinikada ISO 7101 standartının tətbiqi və onun faydaları barədə iştirakçılara məlumat verib.

Təqdimat mərasimi maraqlı müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri