Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda yeni siyasi reallığın yaranmasına yol açdı
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionun geosiyasi və iqtisadi mənzərəsini kökündən dəyişdirəcək".
Redaktor.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Sadiq Qurbanov bildirdi.
"Bu dəhliz təkcə Azərbaycan və türk dünyasının deyil, həm də Avropadan Asiyaya qədər geniş coğrafiyanın strateji maraqlarına cavab verən qlobal layihədir. Azərbaycan bu gün regionun aparıcı dövləti olmaqla yanaşı, Avrasiyada əməkdaşlıq və sülhün yeni arxitekturasını formalaşdıran qlobal oyunçuya çevrilib. Prezident İlham Əliyevin böyüklüyü ondan ibarətdir ki, gücü hüquqa çevirməklə Azərbaycanın milli maraqlarını beynəlxalq legitimliklə təmin edir. Bu, əsl liderliyin nümunəsidir. Azərbaycan-ABŞ münasibətləri İlham Əliyev və Donald Tramp dövründə yeni mərhələyə qədəm qoydu. Vaşinqtonda keçirilən üçtərəfli görüş sadəcə diplomatik prosedur deyil, Cənubi Qafqazda yeni siyasi reallığın yaranmasına yol açdı. Yeni reallıq isə ədalətə əsaslanan davamlı sülhün təmin olunmasına zəmin yaradır. Aristotelin dediyi kimi, ədalət olmadan sülh davamlı ola bilməz", - deyə o qeyd etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 09 Sentyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















