Icma.az
close
up
RU
Vaşinqtondakı müqavilə: Saakaşvilini niyə belə narahat edır?

Vaşinqtondakı müqavilə: Saakaşvilini niyə belə narahat edır?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir”. 

Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib. Sabiq prezident bildirib ki, onun hakimiyyəti dövründə demokratik Gürcüstan xarici investisiyalar üçün cəlbedici olmuşdu: 

“Mənim vaxtımda qurulan geniş beynəlxalq əlaqələr və sürətli Avro-Atlantik inteqrasiyanın başlanması da bizi gücləndirmişdi. Bunlar təhlükəsizliyimizin qarantiyası idi, tranzit funksiyamızı və xüsusilə demokratik sistemimizi qorumaq üçün Buş 2008-ci ildə 6-cı donanmanı göndərmişdi”. 

Saakaşvilinin çıxışında ən diqqətçəkici məqam isə, “İvanişvili gürcü demokratiyasını məhv etdi, Gürcüstanı əsas müttəfiqlərindən təcrid etdi və indi bütün bunlara görə biz tranzit qovşağı funksiyasını itiririk. Amerikanın Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürdüyü ABŞ-Azərbaycan-Ermənistan beynəlxalq müqaviləsinin imzalanması bu dəfə Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır. 

Bəli, məhz İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu, o deməkdir ki, Qırmızı körpüdə (Gürcüstan-Azərbaycan sərhədi) “dəmir pərdə” enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq” hissəsidir. Saakaşvili iddia edib ki, Laziki limanı layihəsi Gürcüstanın mövcud limanları kimi öz mənasını itirir və ölkə əhalisi isə sürətlə yoxsullaşır:

“Amerika və Avropa ilə strateji müttəfiqliyin kəsilməsi bizi bu yerə gətirib çıxardı. Bütün bunların avqust müharibəsinin ildönümündə baş verməsi necə də ironikdir”. 

Göründüyü kimi, Saakaşvili açıq şəkildə bildirir ki, iki qonşu dövlət arasında sülh və kommunikasiyaların açılması Gürcüstana sərf etmir. Buna əsasən, Zəngəzur dəhlizinin açılması Azərbaycan-Gürcüstan münasibətlərinə necə təsir göstərə bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Mixail Saakaşvilinin açıqlaması reallığı tam şəkildə əks etdirmir.

Onun sözlərinə görə, Gürcüstanın sabiq prezidenti hazırda İvanaşvili hakimiyyəti ilə müxalifətdə olduğu üçün istənilən məsələdə hökuməti tənqid etməyə çalışır: 

“Saakaşvilinin açıqlamasının reallığı tam şəkildə əks etdirdiyini düşünmürəm. Çünki o, hazırda İvanaşvili hakimiyyətinə müxalifətdədir. Müxalifət lideri olaraq istənilən məsələdə hakimiyyəti tənqid etməyə çalışması təbiidir. Zəngəzur dəhlizinin açılmasının və Ermənistanla münasibətlərin normallaşmasının Gürcüstana mənfi təsir göstərəcəyi fikrinə isə qatılmıram. Əksinə, bu, yanlış yanaşmadır. 

İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın əsas enerji daşıyıcıları Gürcüstan üzərindən dünya bazarına çıxarılır. Burada söhbət Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Bundan əlavə, gələcəkdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış “Yaşıl enerji” layihəsi həyata keçiriləcək və Azərbaycanda istehsal olunan yaşıl enerji də məhz Gürcüstan üzərindən Avropaya çatdırılacaq. 

Bununla yanaşı, Çin və Orta Asiyadan gələn yüklərin Avropaya daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilir və bu layihələr işləyir. Azərbaycan Qara dənizdə bəzi limanların işlədilməsini də icarəyə götürüb. Bütün bunlar göstərir ki, Gürcüstanın kommunikasiya sistemləri hazırda tam gücü ilə işləyir”. 

Oqtay Qasımov qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasının Gürcüstan üzərindən keçən yüklərin həcminə ciddi təsir göstərəcəyi iddiası əsaslı deyil: 

“Zəngəzur dəhlizinin açılmasının Gürcüstan üzərindən keçən yüklərin həcminə ciddi təsir göstərəcəyi iddiasına gəlincə, burada ciddi bir təsirdən söhbət gedə bilməz. Zəngəzur dəhlizinin illik yükötürmə qabiliyyəti təxminən 10-12 milyon ton həcmində nəzərdə tutulur. Halbuki, Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma gücü artıq 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu, o deməkdir ki, həmin xətt də tam gücü ilə işləyə bilər. 

Diqqətçəkici məqam ondan ibarətdir ki, Azərbaycan Xəzər dənizində ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Limanını inşa edib. Əvvəlcə bu limanın illik yükgötürmə qabiliyyəti 15 milyon ton olaraq planlaşdırılsa da, hazırda bu göstəricinin 25 milyon tona qədər artırılması istiqamətində işlər davam etdirilir. 

Yəni sadə hesablamadan da görünür ki, əgər Ələt limanına 25 milyon ton yük daxil olarsa və bunun cəmi 10-12 milyon tonu Zəngəzur dəhlizi ilə daşınarsa, qalan 13-15 milyon ton yük digər istiqamətdən, yəni Gürcüstan üzərindən daşınacaq. Gürcüstan üzərindən keçən kommunikasiya xətlərinin ötürücülük gücü də bu həcmi qarşılayacaq səviyyədədir”. 

Poltoloq vurğulayıb ki, Saakaşvilinin mövqeyi daha çox Gürcüstanın daxili siyasi mübarizəsinin bir təzahürüdür:

“Bu baxımdan, Saakaşvilinin yanaşması daha çox Gürcüstanın daxili siyasi mübarizəsinin bir təzahürü kimi qiymətləndirilməlidir. Ola bilsin ki, ölkədə bəzi siyasi dairələr Azərbaycan-Ermənistan gərginliyindən faydalanmağı düşünüblər və bunu məqbul hesab ediblər. Təbii ki, bu da mümkün variantdı.

Bu düşüncə müəyyən qədər anlaşılan olsa da, Gürcüstan hökumətinin Azərbaycan–Ermənistan normallaşma prosesinə dair mövqeyi Saakaşvilinin dediklərindən xeyli fərqlidir. Məncə, iki ölkə arasında münasibətlərin normallaşması bütövlükdə regiona, o cümlədən Gürcüstana ciddi iqtisadi və siyasi faydalar gətirəcək”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Vaşinqton müqavilə Saakaşvili Oqtay Qasımov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri