Icma.az
close
up
RU
Vaşinqtondan Moskvaya sürpriz: 3 illik qadağa başa çatır?

Vaşinqtondan Moskvaya sürpriz: 3 illik qadağa başa çatır?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Mayın 9-da Moskvada İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək hərbi parad beynəlxalq siyasi gündəmin diqqət mərkəzindədir. İddialara görə, bu tədbirdə ABŞ-ın yüksək rütbəli nümayəndəsi də qonaq qismində iştirak edə bilər. Hətta adı çəkilən şəxslər sırasında Mark Rubionun da olması ehtimal edilir. Lakin Rubionun 2022-ci ildə Rusiyaya girişinə rəsmi qadağa qoyulduğunu və onun sanksiya siyahısında yer aldığını nəzərə alsaq, bu iştirakın real olub-olmayacağı sual doğurur.

Paradda ABŞ-dan nümayəndənin iştirak etməsi barədə iddia blefdirmi? Ehtimal gerçək olarsa, Avropa ölkələri, o cümlədən Ukrayna hansı formada cavab verə bilər?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, bu il Moskvada keçiriləcək hərbi paradda təxminən 20 ölkənin lideri və yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir:

“MDB ölkələrinin rəhbərləri ilə yanaşı, Çin sədri Si Cinpin, Slovakiyanın baş naziri Robert Fitso, Serbiya prezidenti Aleksandr Vuçiç və Braziliya prezidenti Luiz İnasio Lula da Silva da iştiraklarını təsdiqləyiblər.

Əvvəl Hindistanın baş naziri Narendra Modinin də paradda iştirak edəcəyi gözlənilirdi, lakin son anda onun səfər planları ləğv olunub. Bununla belə, Hindistanın müdafiə naziri tədbirdə iştirak edəcək.

ABŞ tərəfindən hərbi parada nümayəndə heyətinin göndərilib-göndərilməyəcəyi və konkret kimlərin iştirak edəcəyi ilə bağlı hələlik nə Vaşinqton, nə də Moskva tərəfindən rəsmi açıqlama verilib.

Rəşad Bayramov

Hazırda ABŞ və Rusiya arasında məhdud da olsa, müəyyən diplomatik dialoqun mövcudluğu bilinir. Eyni zamanda, ABŞ prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin haqqında müsbət fikirdə olması və bunu dəfələrlə açıq şəkildə bildirməsi də diqqətdən qaçmır. Xatırladaq ki, Trampın birinci prezidentliyi dövründə, 2020-ci ildə belə Moskvadakı hərbi paradda şəxsən iştirak edə biləcəyi ehtimal olunmuşdu. Lakin son anda o bu fikrindən daşınmış və əvəzində o zamankı milli təhlükəsizlik üzrə müşaviri Robert OBrayenin tədbirdə iştirak edə biləcəyini açıqlamışdı.
Bu il keçiriləcək parada ABŞ-ın qatılıb-qatılmaması Ukraynadakı vəziyyət və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə də ABŞ və Ukrayna arasında yeni imzalanmış sazişlər fonunda Vaşinqtonun paradda iştirakdan imtina etməsi ehtimalı real görünür”.

Siyasi şərhçinin sözlərinə görə, nümayəndə qismində konkret olaraq senator Mark Rubionun adı hallanır:

“O, Ukrayna ilə bağlı danışıqlarda aktiv rol oynayan rəsmi şəxslərdən biridir və əgər ABŞ qərar verərsə, onun iştirak ehtimalı istisna edilmir. Doğrudur, Rubionun adı 2022-ci ildən bəri Rusiyanın “qara siyahısında” yer alır, lakin belə hallarda qarşılıqlı istisnalar və diplomatik razılaşmalar sayəsində bu tip qadağaların aradan qaldırılması texniki məsələ sayılır.

Digər tərəfdən, Avropa İttifaqının sərt mövqeyi də diqqətdən yayınmır. Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas bu günlərdə verdiyi bəyanatda qeyd edib ki, Moskvada keçirilən hərbi paradlarda və tədbirlərdə iştirak Aİ tərəfindən müsbət qarşılanmayacaq. Lakin bu xəbərdarlıqlara baxmayaraq, Serbiya və Slovakiya liderləri, hətta Aİ-yə üzvlük prosesinə başladığını bəyan edən Ermənistanın baş naziri Nikol Paşinyan belə tədbirdə iştirak edəcəklər.

ABŞ təmsilçisinin iştirakı halında da Aİ tərəfindən müəyyən tənqidlərin səsləndirilməsi mümkündür. Amma bunun praktiki nəticəsi olmayacaq, çünki Avropa İttifaqının ABŞ-a bu yöndə təzyiq imkanları məhduddur”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri