Icma.az
close
up
RU
Vaşinqtondan Zəngəzura ŞƏRH

Vaşinqtondan Zəngəzura ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Sülh sadəcə silahların susması deyil, bazarların danışmasıdır” – (İqtisadçı C. Meyers)

Sülh müqaviləsi imzalananda, əslində, təkcə diplomatiya qalib gəlmir, iqtisadiyyat da yeni bir nəfəs alır. Vaşinqtonda imzalanan Azərbaycan–Ermənistan arasındakı memorandum Cənubi Qafqazın siyasi xəritəsini dəyişdiyi kimi, iqtisadi atlasını da yenidən çəkir. İllərlə bağlı qapılar, qırıq yollar və dayanmış ticarət axınları indi yeni bir istiqamət qazanır. Bu istiqamətin adı Zəngəzur dəhlizidir. Sadəcə coğrafi keçidlə yanaşı, həm də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı ola bilər.

“Dünyadan alınan dərslər”

“Sülhü qorumağın ən yaxşı yolu onu gəlirli etməkdir” – (Uinston Çörçill)

Tarix göstərir ki, sülh imzalanan gün iqtisadiyyat yeni səhifə açır. Bizim regionda da bu səhifəni Zəngəzurdan keçən yollar, birgə enerji layihələri, sərhədi aşan turizm marşrutları və sərmayə zonaları yaza bilər.
İkinci Dünya Müharibəsindən sonra Fransa və Almaniya kömür-polad birliyini yaratdı. Məqsəd sadə idi: strateji resurslarda qarşılıqlı asılılıq yaratmaq ki, müharibə təkrar baş verməsin. Bu birlik illər sonra Avropa Birliyinə çevrildi. Müharibənin ən ağır zərbəsini almış Fransa və Almaniya, bu təşəbbüslə düşmənlikdən müttəfiqlik və iqtisadi birliyə doğru mühüm addım atdı. Bu da sübut etdi ki, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq münaqişə riskini ciddi şəkildə azaldır.

1979-cu ildə ABŞ-nin vasitəçiliyi ilə imzalanan Camp David Sülh Müqaviləsi Misir ilə İsrail arasında düşmənçiliyi bitirdi və regionda sülhün bünövrəsini qoydu. 1980-ci illərin əvvəllərində Misir və İsrail hökumətləri, ABŞ-nin təşəbbüsü ilə, sərhəd boyunca Qualified Industrial Zones (QIZs) — Yüksək Keyfiyyətli Sənaye Zonaları yaratmağa qərar verdilər. Bu zonalar sərhədi keçərək əməkdaşlıq və sərmayə axını üçün platforma rolunu oynayırdı. 1990-cı illərin sonlarına doğru QIZ-lər Misirin ümumi ixracının əhəmiyyətli hissəsini təşkil etməyə başladı. Xüsusilə tekstil, geyim və elektronika məhsulları ABŞ bazarına yüksək keyfiyyətlə göndərildi.

1994-cü il İordaniya–İsrail sülh imzalanmasından sonra iki ölkə su resurslarının birgə idarə olunması, su bölgüsü, suyun səmərəli istifadəsi və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq edib, su ehtiyatlarının davamlılığı üçün mexanizmlər qurublar. Bu, iki ölkə arasında münasibətlərin iqtisadi və ekoloji tərəfdən möhkəmlənməsinə şərait yaradıb.

Şimali–Cənubi Koreyanın təsis etdikləri Kaesong sənaye kompleksi iki fərqli iqtisadi sistemi bir araya gətirdi. Kaesong Sənaye Kompleksi (KSC) Şimali və Cənubi Koreya arasında iqtisadi əməkdaşlığın ən mühüm simvollarından biridir. 2004-cü ildə təsis edilən kompleks iki ölkənin siyasi və iqtisadi fərqliliklərinə baxmayaraq, əməkdaşlıq üçün nadir bir platforma oldu. Kaesong kompleksi bu iki sistem arasında körpü rolunu oynadı: Şimali Koreya ucuz və bacarıqlı işçi qüvvəsini təqdim etdi, Cənubi Koreya isə kapital, texnologiya və idarəetmə təcrübəsini gətirdi. Kompleksdə istehsal olunan məhsullar əsasən Cənubi Koreya brendləri üçün komponentlər və hazır məhsullar şəklində ABŞ, Avropa və Asiya bazarlarına çıxarıldı.

1995-ci ildə ABŞ və Vyetnam diplomatik münasibətləri bərpa etdikdən sonra iki ölkə arasında ticarət dövriyyəsi 100 dəfədən çox artdı: 1995-ci ildə cəmi 200 milyon dollar civarında olan ikitərəfli ticarət, 2020-ci illərin əvvəllərində 50 milyard dolları keçdi. ABŞ Vyetnamda əsas xarici investorlar sırasında yer aldı, texnologiya, kənd təsərrüfatı və sənaye sahələrində yüzlərlə layihə həyata keçirildi. İqtisadi əməkdaşlıq təhsil, texnologiya transferi və mədəni əlaqələri də canlandırdı, nəticədə daha dərin və davamlı münasibətlər formalaşdı.

Azərbaycan–Ermənistan münasibətlərində yeni səhifə

Sülh müqaviləsinə doğru addım atılan gün təkcə sərhəddə silahların susduğu gün deyil. Bu, həm də regionun iqtisadi taleyində yeni səhifənin açıldığı andır.

Nəqliyyat dəhlizləri hər zaman iqtisadiyyatın dili ilə danışıb. Zəngəzur marşrutu Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyəyə, oradan isə Avropaya birləşdirəcək böyük yol təkcə xəritədə bir xətt deyil. Bu, yük maşınlarının sərbəst hərəkəti, dəmir yollarının gurultusu, limanlardan çıxan malların qitələrarası səfəri deməkdir. Zəngəzur dəhlizi vasitəsilə Orta Asiya–Avropa yük axını Azərbaycan üzərindən keçərək illik 500–700 milyon dollar əlavə tranzit gəliri gətirə bilər.

İki ölkə arasında indiyədək birbaşa ticarət həcmi 30 ildən yuxarıdır ki, olmayıb. Amma sərhədlər açıldıqdan sonra bu göstəricilərdə dəyişiklər ola bilər.

Zəngilan xəttinin bərpası təkcə malları deyil, investisiyaları da daşıyacaq.

İki ölkə bərpa olunan enerji layihələrində birgə iştirak edə bilər. Sərhəd rayonlarında sənaye parkları, logistik mərkəzlər, kənd təsərrüfatı emalı müəssisələri açıla bilər.

Viza prosedurlarının sadələşdirilməsi ilə turistlər tarixi yerləri birlikdə kəşf edəcək, mədəniyyət körpüləri yenidən qurula bilər.
Vaşinqtonda imzalanan sənəd sabahın yollarını, bazarlarını, elektrik xətlərini və turizm marşrutlarını müəyyənləşdirir. Vaşinqtonda atılan imza indi Zəngəzurda yol nişanlarına, yük vaqonlarına, yeni tikilən anbarlara çevriləcək.

Sazişdən sonra “Vaşinqton dəhlizi” adlandırılan yeni regional tranzit marşrutu və Zəngəzur dəhlizinin açılması hər iki ölkəyə illik 2–3 milyard dollarlıq əlavə ticarət həcmi qazandıra bilər.

ABŞ-nin bu prosesi vasitəçilik etməsi beynəlxalq reallıqda Azərbaycanın sülh gündəliyinin tanınmasına səbəb oldu. 1992-ci ildən bloklanan 907-ci düzəlişin dayandırılması isə strateji tərəfdaşlığa yeni imkanlar açdı.

ABŞ-nin Azərbaycana tətbiq etdiyi məhdudiyyətlərin ləğvi, ABŞ dövlət maliyyələşdirməli layihələrdə Azərbaycan şirkətlərinin iştirakını mümkün edir. ABŞ-nin OPIC (Overseas Private Investment Corporation) və EXIM Bank kimi institutlarının Azərbaycanda fəaliyyətinə geniş yol açılır. Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı, bərpa olunan enerji (su, günəş, külək) və turizm layihələri üçün xarici investorların iştirakı gözlənilir. Bakı–Vaşinqton xəttindəki yaxınlaşma Azərbaycanın enerji təhlükəsizliyi üzrə beynəlxalq danışıqlarda mövqeyini gücləndirir. Sülh və sabitlik reytinq agentliklərinin Azərbaycanın kredit balını artırmasına yol aça bilir. Zəngəzur dəhlizi ilə Azərbaycan–Türkiyə–Mərkəzi Asiya–Çin marşrutları arasında daha effektiv əlaqələr qurulacaq. Bu, logistika xərclərini azaltmaqla yanaşı, daşınma müddətlərini də qısaldır.

Nəticə:

Sülh imzası uzun illər Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq bağlanmış bazarların yenidən açılması, nəqliyyat yollarının bərpası və dəhlizdən istifadə edərək yeni ticarət istiqamətlərinə çıxışın təmin olunması deməkdir. Hazırda Ermənistan qarşısında iki seçim dayanır: ya keçmişdəki çətinliklərin və qarşılıqlı anlaşılmazlıqların təsirində qalmaq, ya da dialoq və əməkdaşlıq yolu ilə gələcək üçün yeni imkanlar yaratmaq. Qarşılıqlı etimadın bərpası və iqtisadi inkişaf naminə bu ikinci yolun seçilməsi regionun uzunmüddətli sabitliyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, sülh yalnız siyasi sabitlik deyil, həm də iqtisadi inkişafa, sosial rifaha və qarşılıqlı etimada zəmin yaradır. Azərbaycanın regionda sülh və inkişaf naminə göstərdiyi qətiyyətli mövqeyi və konstruktiv təşəbbüsləri bu prosesin uğuruna təkan verir.

Aqşin Hüseynov
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see201

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see130

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see130

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see120

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri