Icma.az
close
up
RU
Vaşinqtonun gözü Zəngəzurdadır: Ekspert ABŞ nin gizli planını açıqladı ŞƏRH

Vaşinqtonun gözü Zəngəzurdadır: Ekspert ABŞ nin gizli planını açıqladı ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

ABŞ-nin regiona artan diplomatik və iqtisadi fəallığı Cənubi Qafqazın beynəlxalq geosiyasi gündəmdə önəmli yer tutduğunu göstərir. Vaşinqtonun xüsusilə strateji nəqliyyat və tranzit layihələrinə artan diqqəti iqtisadi inteqrasiya və yeni əməkdaşlıq imkanları baxımından mühüm mesajlar verir. ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıdan sonra Ermənistana səfərinin nəzərdə tutulması da bunun göstəricisidir. 

Qeyd edək ki, nümayəndə heyəti Bakıda olarkən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüş keçirib. Görüş zamanı enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə imkanları, eləcə də ABŞ-nin özəl sektor nümayəndələrinin Azərbaycandakı infrastruktur və logistika potensialı ilə tanış olması və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında ABŞ-nin Zəngəzur dəhlizinə marağının itmədiyini söyləyib:

"ABŞ-nin yüksək səviyyəli diplomatının regiona səfəri onu göstərir ki, ABŞ regionda mövcud gərginliyə baxmayaraq, Tramp (Zəngəzur) dəhlizinə xüsusi önəm verir və bu dəhlizlə bağlı marağını itirməyib. ABŞ nümayəndəsi ilk olaraq Azərbaycana səfər edərək rəsmi şəxslərlə görüşlər keçirdi, daha sonra isə Ermənistana yollanaraq orada görüşlərini davam etdirəcək. Bu fakt özlüyündə müsbət bir məqamdır və Azərbaycanın uzun illərdir vurğuladığı Zəngəzur dəhlizinin nə qədər mühüm və strateji əhəmiyyətə malik olduğunu bir daha nümayiş etdirir. Hazırda təkcə ABŞ deyil, digər ölkələr-o cümlədən Çin və Avropa İttifaqı da bu dəhlizə böyük maraq göstərir. Bu isə ümumilikdə kifayət qədər pozitiv tendensiyadır.

Eyni zamanda son dövrlərdə Azərbaycan-ABŞ münasibətlərində müəyyən istiləşmə müşahidə olunur. Tramp administrasiyası Bayden dövründən fərqli olaraq regiona yanaşma tərzini dəyişib və daha realist mövqe sərgiləyir. Bu, olduqca müsbət haldır və Bakı ilə Vaşinqton arasında münasibətlərdə yeni bir xəttin formalaşdığını göstərir".

Analitik dəhliz və paraflanmış sülh məsələsinin regional sülh üçün əhəmiyyətli olduğunu vurğulayıb:

"Gələcəkdə ikitərəfli münasibətlərin inkişafı, Zəngəzur dəhlizinin qısa müddətdə reallaşması, paralel olaraq Vaşinqtonda paraflanmış razılaşmanın praktiki icraya keçməsi, eləcə də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması regional sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu, həqiqətən də çox mühüm və sevindirici faktdır ki, dünyanın ən güclü dövləti həm ölkəmizə, həm də regiona bu şəkildə ciddi maraq göstərir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri