Icma.az
close
up
RU
Vaxt bitti..!: Ağ Evin sahibi Rusiyanı necə cəzalandıracaq?

Vaxt bitti..!: Ağ Evin sahibi Rusiyanı necə cəzalandıracaq?

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Moskva ilə yanaşı, Rusiyanın iqtisadi-ticari tərəfdaşlarını da hədəfə alacağı gözlənilir


ABŞ Prezidenti Donald Tramp bu gün mühüm bəyanatla çıxış edəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Çıxış Bakı vaxtı ilə saat 22:00-a planlaşdırılıb, amma onun məzmunu hazırda gizli saxlanılır.

Tədbir Ağ Evin Oval Ofisində jurnalistlərin iştirakı ilə baş tutacaq.

KİV bunun Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh sazişi bağlamaq üçün verdiyi vaxtın bitməsi ilə bağlı olacağını ehtimal edir. Qeyd edək ki, Trampın Putinə verdiyi vaxt sentyabrın 1-də başa çatır.

“Roll Call” portalı ABŞ liderinin bəyanatının sürpriz olacağını yazıb.


Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna savaşının bitməsi barədə bəyanat verəcəyi qətiyyən inandırıcı görünmür.


"Çünki bu müharibənin bitmə ehtimalını göstərən hər hansı bir əlamət müşahidə edilmir. Ən əsası isə Rusiya tərəfinin Alyaska görüşündə əldə olunmuş bütün anlaşmaları pozmasıdır. Həmin anlaşmalar pozulduğuna görə, hazırda Prezident Tramp özünü Putin tərəfindən aldadılmış hiss edir və bunu açıq şəkildə söyləyib. İndi situasiya elə bir istiqamətə doğru yönəlib ki, savaşın hələ uzun müddət davam edəcəyi ehtimalı daha inandırıcıdır. Ona görə də Tramp Rusiyaya sülh sazişi və ya atəşkəs anlaşması üçün növbəti dəfə vaxt vermişdi. Hazırda həmin zaman sona çatmaq üzrədir. Böyük ehtimalla Ağ Evin sahibi bundan sonra atacağı addımlar barədə məlumat verə bilər. İlkin ehtimallara görə, Tramp bir müddət öncə bəyan etdiyi addımları reallaşdıracağını söyləyə bilər. Bu, ondan ibarətdir ki, ABŞ rəsmi Kiyevi maliyyələşdirməyəcək, lakin Ukraynanın silah-sursat və hərbi texnika ilə təchiz olunması prosesində birbaşa iştirak edəcək.

Belə ki, Vaşinqtonun maliyyəsi hesabına NATO üzvü olan Avropa dövlətlərinə ABŞ istehsalı olan silahlar satılacaq. Bu silahlar Avropa ölkələri tərəfindən Ukraynaya göndəriləcək. Nəticədə, Kiyev silah və hərbi texnika ilə təchiz olunacaq, Vaşinqton isə savaşdan külli miqdarda gəlir əldə edəcək. İlkin məlumatlara görə, Avropa ölkələri ABŞ-dan Ukrayna üçün 100 milyard avro dəyərində silah almaq niyyətindədir".


Analitikin fikrincə, Tramp Rusiyaya qarşı radikal addımlar atmaq niyyətini də bəyan edə bilər:

"Bu, növbəti dağıdıcı sanksiyaların tətbiqi ilə bağlıdır. Trampın əvvəlki mesajlarına görə, ABŞ-ın Moskva ilə yanaşı, Rusiyanın iqtisadi-ticari tərəfdaşlarını da hədəfə alacağı gözlənilir. Belə ki, Moskva ilə iqtisadi-ticari münasibətləri davam etdirən, xüsusən enerji idxal edən ölkələr də sanksiyalara məruz qala bilər.

Bu baxımdan, Rusiyanın iqtisadi-ticari tərəfdaşlarını itirməsi və blokadaya düşməsi ehtimalı kifayət qədər yüksəkdir. Yəni böyük ehtimalla Tramp Rusiya ilə bağlı qərarlarını bu gün elan edə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri