Icma.az
close
up
RU
Vaxt daralır, Ağ Ev təzyiqləri artırır: Zelenski hakimiyyəti qeyri legitim elan oluna bilər...

Vaxt daralır, Ağ Ev təzyiqləri artırır: Zelenski hakimiyyəti qeyri legitim elan oluna bilər...

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rusiya–Ukrayna müharibəsinin sonlandırılması ilə bağlı əsas təsir imkanlarına malik aktorlardan biri ABŞ-ın yeni administrasiyasıdır. ABŞ qlobal güc mərkəzlərindən biri kimi, tarixi proseslərdə böyük dövlətlərin, kiçik və orta dövlətlərin taleyinə təsir göstərməsi nümunələrinə malikdir. Vyetnam müharibəsi dövründə ABŞ və SSRİ arasında aparılan danışıqlar nəticəsində sülh sazişinin imzalanması buna klassik misal sayıla bilər. O zaman da böyük güclər öz maraqlarını qorumaq üçün kompromis axtarışına çıxmışdılar.

Bu gün də oxşar vəziyyət müşahidə olunur. ABŞ administrasiyası ilk növbədə öz milli maraqlarını nəzərə alır. Bu kontekstdə bəzi analitiklər Vaşinqtonun Ukraynanın mövqelərinə təzyiq göstərməsini ehtimal edilə bilən ssenari kimi qiymətləndirirlər. Müharibə nəticəsində Ukraynanın ciddi itkilərə məruz qalması, milyonlarla insanın köç etməsi, infrastrukturun geniş şəkildə dağıdılması  artıq faktiki reallıqdır"

Bu sözləri "Sitat.info"ya açıqlamasında Böyük Azərbaycan Partiyası sədri, millət vəkili Elşad Musayev deyib.

O bildirib ki, ABŞ-də nə demokratların, nə də bir çox respublikaçıların sülh sazişini dəstəkləyəcəyi real görünmür:

"Hələ ki yekun sülh sazişi imzalanmayıb. Rusiya tərəfindən təklif olunan və ABŞ tərəfindən müəyyən mənada dəstəkləndiyi deyilən ilkin 28 maddəlik plan Ukrayna tərəfindən qəbul edilmədi.  Sonradan sənəd 20 maddəyə qədər ixtisar olunsa da, prezident Zelenski Qərbin – xüsusilə Böyük Britaniya, Almaniya və Fransa liderlərinin dəstəyinə daha çox arxalanmaq məcburiyyətində qaldı. Avropa dövlətlərinin öz təhlükəsizlik arxitekturasını qorumaq marağı Ukraynaya dəstəyi davam etdirmələrini şərtləndirir.

Digər tərəfdən, Tramp administrasiyasının irəli sürdüyü sülh planı bir sıra beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinə uyğunluq baxımından suallar doğurur. Hər hansı sazişdə ABŞ-ın qarant rolunda çıxış etməsi üçün həmin sənədin senatda təsdiqlənməsi tələb olunur. Hazırkı siyasi konfiqurasiya fonunda, nə demokratların, nə də bir çox respublikaçıların bu cür sənədi dəstəkləyəcəyi real görünmür. Bu isə prosesin ləngiməsinə səbəb olan əsas faktorlardan biridir".

Millət vəkili bildirib ki, Moskva ilə Vaşinqton arasında müəyyən səviyyədə məxfi razılaşmalar ola bilər: "Rusiya öz maraqlarına çatmaq üçün hərbi təzyiqi artırmağa çalışır, ABŞ isə Ukraynanı kompromisə yönəltmək üçün siyasi təzyiq rıçaqlarından istifadə edə bilər. Burada açıq qalan suallardan biri Tramp administrasiyasının Rusiya ilə bağlı əlavə, qeyri-rəsmi maraqlarının olub-olmamasıdır. Mövcud dinamika göstərir ki, Moskva ilə Vaşinqton arasında müəyyən səviyyədə məxfi razılaşmaların mümkünlüyü barədə təhlillər mövcuddur, lakin bunlar rəsmi təsdiqini tapmayıb.

Bundan başqa, Ukraynada seçkilərin keçirilməsi məsələsi də siyasi alətə çevrilib. ABŞ administrasiyasının Zelenskiyə təzyiq vasitələrindən biri kimi seçkilərin keçirilməsini tələb etməsi və əks halda Ukrayna liderini “qeyri-legitim” elan etmə ehtimalı politoloqların diqqət mərkəzindədir. Lakin hazırkı mərhələdə nə Moskva, nə də Vaşinqton tam şəkildə istədiklərinə nail ola biliblər və vəziyyət nisbi sabitlik mərhələsində qalır".

Tehran,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sitat.info
archiveBu xəbər 15 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri