Icma.az
close
up
RU
Vaxtı keçmiş qida məhsullarının gübrəyə çevrilməsi ilə bağlı Azərbaycanda yetərli səviyyədə iş görülmür

Vaxtı keçmiş qida məhsullarının gübrəyə çevrilməsi ilə bağlı Azərbaycanda yetərli səviyyədə iş görülmür

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Reloop” şirkəti Dubay fermalarından, restoranlarından və otellərindən qida tullantılarını toplayır və torpağı zənginləşdirən gübrəyə çevirir. Proses qida tullantılarını zibilliklərdən uzaqlaşdırır, eyni zamanda davamlı qida sistemi üçün vacib komponent olan torpağın sağlamlığını yaxşılaşdırır. Azərbaycanda da gün ərzində kifayət qədər istifadə müddəti bitmiş qidalar məhv edilir. Bu məhsulların gübrəyə çevrilməsi mümkün deyilmi?

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yararlılıq vaxtı keçmiş malların ölkədə satışı qadağandır: “Hər gün tonlarla malın yararlılıq vaxt bitir və onlar satışdan çıxarılır. Çünki bu məhsullar satış şəbəkəsində müşahidə olunarsa, onlar böyük cərimələrlə qarşılaşa bilərlər. Vaxtı keçmiş məhsullar bir yerə toplanır, distribüterə qaytarılır və distribüter də həmin məhsulları istehsalçı şirkətə təhvil verir. Bəzi istehsalçı şirkətlər də belə hallarda, bəlkə də əksər hallarda etiketin dəyişir və s. məhsulu yenidən satışa göndərir”. Ekspert deyir ki, bu proses çox gizli baş verir.

Eyyub Hüseynov

Eyyub Hüseynov hesab edir ki, yararlılıq müddəti bitmiş məhsulların gübrəyə çevrilməsi çox vacib bir məsələdir.

“Bir neçə il əvvəl mənə müraciət edildi ki, yararlılıq vaxtı keçmiş məhsullar toplamaq istəyirlər. Bu prosesin mexanizmini öyrənmək istəyirdilər. Mənə bildirmişdilər ki, toplanan məhsulları xəzdərili heyvanlar üçün qidaya çevirməyi planlaşdırır. Komposta çevirmək ən səmərəli yollardan biridir. Amma istehsalçıların əlindən vaxtı keçmiş malları alıb, toplamaq mümkün deyil. Eləcə də restoranlardan çıxarılan mallar təşkil olunmuş şəkildə bir yerə toplanmır. Bu, çox vacib məsələdir və gec-tez bu Azərbaycanda da baş verəcək”-deyən ekspert vurğulayıb ki, bu kənd təsərrüfatının inkişafına da, ekoloji təmiz məhsul yetişdirməsinə də böyük kömək ola bilər.

“Bu mövzuda konfranslar keçirilib və kiçik təşəbbüslər də var, lakin praktik olaraq, Azərbaycanda bu işlə ciddi məşğul olan yoxdur”-deyə Eyyub Hüseynov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri