Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Milli Məclisdə 17 məsələ müzakirə olunub YENİLƏNİB

Milli Məclisdə 17 məsələ müzakirə olunub YENİLƏNİB

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətinin oktyabrın 19-dan 21-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri barədə məlumat verib.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 17 məsələ daxil edilib və ilk 5 məsələ möhtərəm Prezidentin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlıdır. Parlamentin sədr bu məsələlərin müzakirəsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərovun, Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurovun və hakimliyə namizədlərin iclasda iştirak etdiyini bildirib.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, F.M.Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, R.A.Xəlilovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələlər barədə məlumat verib.

Nizami Səfərov bildirib ki, dövlət başçısının müvafiq təqdimatlarına əsasən, 11 hakim barəsində məsələlərin müzakirə nəzərdə tutulub. Belə ki, hakim korpusunu təmsil edən 2 nəfərin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, 5 nəfərin Bakı Apellyasiya Məhkəməsinin hakimləri, 2 nəfərin Gəncə Apellyasiya Məhkəməsinin hakimləri, 1 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, 1 nəfərin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif olunur.

Komitə sədri Siyavuş Novruzov, deputat Aydın Mirzəzadə öz fikirlərini səsləndirdikdən sonra, təqdim olunan 5 məsələ üzrə Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasda çıxış edən Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov Şuratərəfindən aparılan islahatlar nəticəsində hakimlərin seçilməsi prosesinin sürətləndirildiyini, Şura nəzdindəfəaliyyət göstərən Hakimlərin QiymətləndirilməsiKomitəsinin müvafiq qaydalara uyğun olaraq hakimlərin peşəkarlıq səviyyəsinin müəyyən etdiyini söyləyib.

Parlamentin spikeri gündəliyin növbəti məsələsinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarındanicbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu və layihənin bir oxunuşda baxılaraq qəbul ediləcəyini bildirib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev həmin qanun layihəsinin mahiyyətindən danışıb. O, sənəddə təklif olunan dəyişikliyin dəqiqləşdirmə xarakteri daşıdığını deyib.

Məsələ ilə bağlı müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov

Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Komitə sədri bildirib ki, sənəddə sənaye parkının rezidentlərinə verilən güzəştlərin müddətinin uzadılması nəzərdə tutulur. O, bu müddətin 2030-cu ilədək davam edəcəyini qeyd edib.

Qanun layihələri ayrı-ayrılıqsa səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin növbəti beş məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət xidmətləri haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumatı təqdim edib.

5 fəsil və 20 maddədən ibarət qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Sənəddə dövlət xidmətlərinin göstərilməsinin əsas prinsipləri, xidmət istifadəçilərinin və xidmət təminatçılarının hüquq və vəzifələri müəyyən edilir. Habelə dövlət xidmətlərinin formalaşdırılması, təşkili və təkmilləşdirilməsinə dairmüddəalar öz əksini tapıb. Bununla yanaşı, Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması, xidmət istifadəçilərinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi ilə bağlı tələblər, dövlət xidmətlərinin formaları, onların qiymətləndirilməsi və keyfiyyətinə nəzarətlə bağlı məsələlər təsbit olunur.

Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşirilməsi məqsədilə hazırlanıb və bununla bağlıvahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib.

Millət vəkili müzakirəyə çıxarılan layihənin Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edildiyini, Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirmək məqsədilə hazırlandığını nəzərə çatdırıb.

Sonra komitə sədri Azər Əmiraslanov “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Layihə ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizminin təkmilləşdirilməsiməqsədilə hazırlanıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O diqqətə çatdırıb ki, qanun layihəsi Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar hazırlanıb.

Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Fasilədən sonra iclas öz işini davam etdirib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin qalan 4 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil edildiyini və mahiyyətcə bir-birinə bağlı olduğunu söyləyib. Qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Elmin Məmmədov iclasda iştirak edir.

Sonra komitə sədri Azər Əmiraslanov “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O, bildirib ki, qanun layihəsi Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyir. Layihədə müvafiq anlayışlar, sahə üzrə dövlət tənzimlənməsi çərçivəsində görüləcək tədbirlər, ekspeditora qarşı pretenziya və iddia verilməsi qaydaları, sahəvi ictimai birliklərin yaradılması ilə bağlı məsələlər əks olunur.

Sonra Azər Əmiraslanov Mülki Məcəllədə, Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verərək, bu sənədin “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsindən irəli gələrək hazırlandığını söyləyib.

Parlamentin komitə sədri Tahir Rzayev məsələ barədə öz fikirlərini söylədikdən sonra, hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin on altıncı məsələsi olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edən Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, layihədə qanunun 27-ci maddəsinə 27.4-cü bəndin əlavə olunması təklif edilib.

Müzakirədə Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədri Fazil Mustafa, deputatlar Vüqar Bayramov, Ceyhun Məmmədov, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Gülşən Paşayeva çıxış edərək təklif olunan dəyişiklik və təhsil sahəsinin bəzi aktual məsələləri ilə bağlı qeydlərini, suallarını səsləndiriblər.

Elm və təhsil nazirinin müavini İdris İsayev qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənədlə bağlı rəhbərlik etdikləri komitələrin müsbət rəylərini diqqətə çatdırandan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri