Icma.az
close
up
RU
Vaxtilə məşhur olan “Ağcanabad əriyi” calaq üsulu ilə yenidən artırılır reportaj AZƏRTAC

Vaxtilə məşhur olan “Ağcanabad əriyi” calaq üsulu ilə yenidən artırılır reportaj AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

İmişli, 26 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Azər Rzayev bağçılıqla məşğuldur. O, bu işi qazanc mənbəyindən əlavə, həm də hobbi kimi görür. Mil-Muğanda bir vaxtlar sayılıb-seçilən “Ağcanabad” əriyini calaq vuraraq artırmaqla, onu əvvəlki şöhrətinə qaytarmağa çalışır.

AZƏRTAC-ın bölgə müxbiri İmişlidən olan bağbanla görüşüb, calaqvurma prosesi ilə maraqlanıb.

"Əkdiyimiz tumlar əsasən “Cır ərik” kimi tanınan sortlardır, bunlar calaq üçün faydalı, dözümlü gövdə sayılır. Cır əriyin gövdəsinə “Ağcanabad” sortunu calaq etməklə daha məhsuldar və dözümlü budaq alırıq. Onu da deyim ki, “Ağcanabad” Mil-Muğan bölgəsinin ən məhşur əriyi olub. Lakin son illər iqlim dəyişilməsinə görə bu ağaclar azalıb. Ona görə də, son 10 ildir bu əriyin ağaclarını calaq etməyə üstünlük verirəm. İndiyədək 80 minə yaxın “Ağcananabad” tingi artıra bilmişik və tinglər İmişli ilə yanaşı, ətraf rayonlara da satılır. Bundan başqa, cır əriyin gövdəsinə xarici növ ərik budaqlarından da calaq vurmaqla, yerli iqimə uyğun növlər əldə edirik”.

Onun sözlərinə görə, calaq mövsümə uyğun olaraq “göz” və “yarma” adlı iki üsulla aparılır. “Göz calağı” avqust-sentyabr aylarında vurulur. Bu zaman ağacın üzərindəki tumurcuq olan hissə digər gövdəyə calaq edilir. “Yarma calaq” isə əsasən mart ayında aparılır, yəni calaq olunacaq sortun çiliyi digər ağacın gövdəsi yarılaraq ona birləşdirilir. Calaq olunan ağac il yarımdan sonra satışa hazır olur.

Bağban deyir ki, calaqvurmada gövdənin mühüm rolu var. Çünki gövdə iqlim şəraitinə və torpaq qatına uyğunlaşaraq böyüdüyü üçün calaq zamanı da çox faydası olur.

İş calaqla bitmir, ağacların düzgün şəkildə və qaydalara uyğun əkilməsi onun bar verməsinə və dözümlülüyünə təsir edir. “Əkilən ağacın kökü sağlam olmalıdır, ana zoğun gövdədən bir qarış aşağıda olması daha məqsədəuyğundur. Calaq olan hissə torpaqdan çöldə qalmalıdır. Əkilən yeni tingi 80 santimetr uzunluqda saxlamaq vacibdir. Belə olanda gövdə sağlam yetişir, daha sonra qol-budaq verərək məhsuldarlığı ilə seçilir", - deyə o əlavə edir.

Azər Rzayev ənənəvi bitkilərlə bərabər, bağında digər ağaclar da yetişdirir. Belə ağaclardan biri də Mil-Muğan bölgəsində çox nadir rast gəlinən “Şeferdiya”dır: “Şeferdiya” giləmeyvə növüdür. Bizim yerlərdə bu bitki həm də “Yapon iydəsi” kimi tanınır. Bu bitkinin üstün cəhətləri ziyanvericilərə qarşı çox dözümlü olmasındadır. Üzərindəki giləmeyvələr tərkibində suyun bol olması və spesifik dadı ilə seçilir. Həm də bir çox xəstəliklərə qarşı faydalı bitkidir”.

Qeyd edək ki, Azər Rzayev təkcə meyvə ağacları deyil, həm də dekorativ və meşə ağaclarının, həmçinin gül kollarının da çoxaldılması ilə məşğuldur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri