Icma.az
close
up
RU
Vaxtilə məşhur olan “Ağcanabad əriyi” calaq üsulu ilə yenidən artırılır reportaj VİDEO AZƏRTAC

Vaxtilə məşhur olan “Ağcanabad əriyi” calaq üsulu ilə yenidən artırılır reportaj VİDEO AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İmişli, 26 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Azər Rzayev bağçılıqla məşğuldur. O, bu işi qazanc mənbəyindən əlavə, həm də hobbi kimi görür. Mil-Muğanda bir vaxtlar sayılıb-seçilən “Ağcanabad” əriyini calaq vuraraq artırmaqla, onu əvvəlki şöhrətinə qaytarmağa çalışır.

AZƏRTAC-ın bölgə müxbiri İmişlidən olan bağbanla görüşüb, calaqvurma prosesi ilə maraqlanıb.

"Əkdiyimiz tumlar əsasən “Cır ərik” kimi tanınan sortlardır, bunlar calaq üçün faydalı, dözümlü gövdə sayılır. Cır əriyin gövdəsinə “Ağcanabad” sortunu calaq etməklə daha məhsuldar və dözümlü budaq alırıq. Onu da deyim ki, “Ağcanabad” Mil-Muğan bölgəsinin ən məşhur əriyi olub. Lakin son illər iqlim dəyişilməsinə görə bu ağaclar azalıb. Ona görə də, son 10 ildir bu əriyin ağaclarını calaq etməyə üstünlük verirəm. İndiyədək 80 minə yaxın “Ağcanabad” tingi artıra bilmişik və tinglər İmişli ilə yanaşı, ətraf rayonlara da satılır. Bundan başqa, cır əriyin gövdəsinə xarici növ ərik budaqlarından da calaq vurmaqla, yerli iqimə uyğun növlər əldə edirik”.

Onun sözlərinə görə, calaq mövsümə uyğun olaraq “göz” və “yarma” adlı iki üsulla aparılır. “Göz calağı” avqust-sentyabr aylarında vurulur. Bu zaman ağacın üzərindəki tumurcuq olan hissə digər gövdəyə calaq edilir. “Yarma calaq” isə əsasən mart ayında aparılır, yəni calaq olunacaq sortun çiliyi digər ağacın gövdəsi yarılaraq ona birləşdirilir. Calaq olunan ağac il yarımdan sonra satışa hazır olur.

Bağban deyir ki, calaqvurmada gövdənin mühüm rolu var. Çünki gövdə iqlim şəraitinə və torpaq qatına uyğunlaşaraq böyüdüyü üçün calaq zamanı da çox faydası olur.

İş calaqla bitmir, ağacların düzgün şəkildə və qaydalara uyğun əkilməsi onun bar verməsinə və dözümlülüyünə təsir edir. “Əkilən ağacın kökü sağlam olmalıdır, ana zoğun gövdədən bir qarış aşağıda olması daha məqsədəuyğundur. Calaq olan hissə torpaqdan çöldə qalmalıdır. Əkilən yeni tingi 80 santimetr uzunluqda saxlamaq vacibdir. Belə olanda gövdə sağlam yetişir, daha sonra qol-budaq verərək məhsuldarlığı ilə seçilir", - deyə o əlavə edir.

Azər Rzayev ənənəvi bitkilərlə bərabər, bağında digər ağaclar da yetişdirir. Belə ağaclardan biri də Mil-Muğan bölgəsində çox nadir rast gəlinən “Şeferdiya”dır: “Şeferdiya” giləmeyvə növüdür. Bizim yerlərdə bu bitki həm də “Yapon iydəsi” kimi tanınır. Bu bitkinin üstün cəhətləri ziyanvericilərə qarşı çox dözümlü olmasındadır. Üzərindəki giləmeyvələr tərkibində suyun bol olması və spesifik dadı ilə seçilir. Həm də bir çox xəstəliklərə qarşı faydalı bitkidir”.

Qeyd edək ki, Azər Rzayev təkcə meyvə ağacları deyil, həm də dekorativ və meşə ağaclarının, həmçinin gül kollarının da çoxaldılması ilə məşğuldur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri