“Vaz”ı YDM dəki maşının üstünə sürdü Bir nəfər xəsarət aldı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda avtomobillə yanacaqdoldurma məntəqəsinə daxil olaraq oradakı nəqliyyat vasitələrini qəsdən vuran şəxs məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Əylis kəndində qeydə alınıb.
Rayonun Gənzə kənd sakini 1988-ci il təvəllüdlü M.Məmmədov (şərti) “Vaz 21021” markalı avtomobillə yanacaqdoldurma məntəqəsinə sürətlə daxil olaraq orada yanacaq dolduran avtomobili və motosikleti vurub.
O, avtomobilini geriyə hərəkət etdirərək motosikletin üzərindən keçib. Bu zaman motosikletin sahibi xəsarət alıb.
Hadisədən sonra 38 yaşlı şəxs həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq) maddələri ilə iş açılıb. Məlum olub ki, hadisəni törədən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir.
Ekspertiza hadisə vaxtı onun psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə - öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı qənaətinə gəlib.
Ordubad Rayon Məhkəməsi M.Məmmədovun qeyd edilmiş maddələr üzrə cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyini əsas götürərək onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə qərar verib. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilib və o, sağalanadək məcburi qaydada ümumi tipli psixiatriya stasionarında müalicəyə göndərilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 İyul 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















