Icma.az
close
up
RU
Vedi kəndi necə erməniləşdirilib? Qərbi Azərbaycanın yaddaş yerləri

Vedi kəndi necə erməniləşdirilib? Qərbi Azərbaycanın yaddaş yerləri

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vedi kəndi Çar Rusiyası dövrü və SSRİ illərində Böyük Vedi adlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə bu barədə məqalə "Perished civilization"da dərc olunub.

Kənd bir neçə əsr ərzində Böyük Vedi adını daşıyıb. 1946-cı ilin aprelində kəndin adı Vedi olaraq dəyişdirilib. 1963-cü ildə kəndə şəhər tipli qəsəbə statusu verilib. pizza mizza

1995-ci ildə Vedi şəhər statusu alıb və Ermənistan Respublikasının Ararat vilayətinin tərkibinə daxil olub.

1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsinə son qoymuş 1590-cı il Konstantinopol müqaviləsinə əsasən, müasir Ermənistan Respublikasının, demək olar ki, bütün ərazisi Osmanlı imperiyasının hakimiyyəti altına keçib.

1590-cı ildə Osmanlı məmurları yaşayış məntəqələri arasında Böyük Vedi kəndinin də qeyd edildiyi "İrəvan əyalətinin müfəssəl dəftəri"ni tərtib ediblər.

1724-cü ildə Rusiya və Osmanlı imperiyaları arasında bağlanmış Konstantinopol müqaviləsinə əsasən, müasir Ermənistanın ərazisi Rusiya tərəfindən Osmanlı imperiyasının torpaqları kimi tanınıb.

1728-ci ildə Osmanlı məmurları yaşayış məntəqələrinin adlarını göstərən "İrəvan əyalətinin icmal dəftəri"ni tərtib ediblər, orada da bu kənd qeyd edilir.

XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Vedibasar mahalının tərkibində olub.

1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının İrəvan qəzasının tərkibində olub.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, kənddə 1244 nəfər yaşayıb: 799 nəfər yerli türk və İrandan köçürülmüş 400-dən çox erməni.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1915-ci ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Qafqaz haqqında məlumat toplusu:

"1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 1743 nəfər yaşayıb".

1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:

"1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 2110 nəfər yaşayıb".

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

"1897-ci ildə kənddə 2798 nəfər yaşayıb, onlardan 2792 nəfəri azərbaycanlıların əcdadları olub".

1899-cu il "Zaqafqaziya diyarının beş quberniyasında torpaq mülkiyyəti və təsərrüfat üsulları haqqında statistik məlumatlar toplusu"na əsasən, kənddə torpaq mülkiyyətinə yalnız azərbaycanlıların əcdadları sahib olublar.

1909-cu ilə olan Qafqaz təqvimi:

"1906-cı ildə kənddə 2423 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".

İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:

"1908-ci ildə kənddə 2423 nəfər yaşayıb, onlardan 2387 nəfəri azərbaycanlıların əcdadları olub".

1912-ci ilə olan Qafqaz təqvimi:

"1911-ci ildə kənddə 2501 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".

1916-cı ilə olan Qafqaz təqvimi:

"1915-ci ildə kənddə 2464 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-1920-ci illərdə Ermənistanda hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

Həmin dövrdə Böyük Vedi və ətraf kəndlər daşnak diktaturasına qarşı türk müqavimət mərkəzlərindən birinə çevrilib. Erməni hökuməti dəfələrlə ora qoşun göndərib, bu, Vedibasarda 1919-cu ilin yayında alışmış tammiqyaslı üsyana gətirib çıxarıb.

Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kəndin türk əhalisinin sayını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatları ilə müqayisə etdikdə görünür.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

"1922-ci ildə kənddə 1969 nəfər yaşayıb, onlardan 1504 nəfəri azərbaycanlı olub".\"Report"

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Böyük Vedi Vedi rayonunun inzibati mərkəzi olub. Rayon ləğv edildikdən sonra kənd müvəqqəti olaraq Artaşat rayonunun bir hissəsi olub, sonra isə yenidən bərpa edilmiş və daha sonra Ararat adlandırılmış Vedi rayonunun35 inzibati mərkəzinə çevrilib.

Sovet və erməni mənbələrinin məlumatına əsasən, kənddə 1980-ci illərin sonlarına qədər azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

"1926-cı ildə kənddə 1839 nəfər yaşayıb, onlardan 1545 nəfəri azərbaycanlı idi.

1931-ci ildə kənddə 1478 nəfər yaşayıb, onlardan 1254 nəfəri azərbaycanlı olub".

Əhalinin 1939-cu il Ümumittifaq siyahıyaalınması. SSRİ-nin müttəfiq respublikalarının rayon, şəhər və iri kənd əhalisinin milli tərkibi:

"1939-cu ildə kənddə 2830 nəfər yaşayıb, onlardan 2319 nəfəri azərbaycanlı olub".

1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 2000 nəfərə yaxın azərbaycanlı Böyük Vedi kəndindən Azərbaycanın müxtəlif rayonlarına deportasiya olunub.

Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:

"1959-cu ildə kənddə 3478 nəfər, əsasən, ermənilər yaşayıblar".

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:

"1970-ci ildə qəsəbədə 6165 nəfər, əsasən ermənilər yaşayıblar.

1979-cu ildə qəsəbədə 7900 nəfər, əsasən ermənilər yaşayıblar".

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

1879-cu il "Qafqaz haqqında məlumat toplusu"nda kənddə fəaliyyət göstərən bir məscidin, "İrəvan quberniyasının 1902-ci ilə olan yaddaş kitabçası"nda isə artıq dörd məscidin olduğu qeyd edilir.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə məscidin xarabalıqları aşkar edilib.

Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Oktyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri