Icma.az
close
up
RU
Vəfat etdiyi gün kartını blokladılar .... Pensiya üzü görməyən kişilər artıb: Göstərici 50 faizi də keçib

Vəfat etdiyi gün kartını blokladılar .... Pensiya üzü görməyən kişilər artıb: Göstərici 50 faizi də keçib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycanda kişilər 65 yaşında pensiya çıxırlar. Qadınlarda göstərici hələlik 63,5-dir. İyulun 1-dən onlar 64 yaşında pensiyaya çıxmağa başlayacaqlar. 2027-ci ilin yayından isə qadınlar üçün də 65 yaş həddi tətbiq olunacaq. Ondan sonra kişilərin pensiya yaşının artırılması mümkündür. Hər halda, bəzən rəsmi müstəvidə insanların orta ömrünün artmasının qeyd edilməsi təsadüfi görünmür.

Bizimyol.info xəbər verir ki, pensiya yaşına çatmayan kişilərin sayı artıb. Dövlət Statistika Komitəsinin son məlumatına görə, kişilərin yarıdan çoxu bu müavinəti ala bilmir. Güclü cins nümayəndələrinin 50,4 faizi 65 yaşına çatmadan həyatdan köçür. Belə görünür ki, qadınlarda həmin göstərici 30 faizdən bir qədər çoxdur. Çünki Dövlət Statistika Komitəsi, ümumilikdə həyatdan köçənlərin 41,4 faizinin yaşının 65-dən aşağı olduğunu qeyd edib.

Axırıncı dəfə bu istiqamətdə statistika açıqlananda kişilərin 47,8 faizinin pensiyadan əvvəl vəfat etməsi məlum olmuşdu. Bir il ərzində 3 faizə qədər artımdan söhbət gedir. Deməli, əhali üçün 65 yaş həddi də yüksəkdir.

Sosial platformalarda xəbərə yazılan rəylərdə qəzəb hiss olunur. İnsanlar həyat şərtlərinin çox ağır olduğunu, rəsmi qurumların bunu nəzərə almadığını yazır. Rəylərin arasında Elvin Abbasovun yazdıqlarını ürək ağrısı ilə oxumaq lazım gəlir: “Biri mənim atam. Yazığın ilk pensiyası kartında qaldı. Heç çəkə bilmədi, vəfat etdi. Vəfat etdiyi gün isə kartını blokladılar. Gərək pensiya qədər rüsum ödəyək ki, həmin pensiyanı ya anam, ya da biz övladları əldə edək”.

Çox kədərli mənzərədir, vətəndaş ilk pensiyasını əldə etməyə imkan tapmayıb. Buna bənzər rəylər çoxdur. İnsanlar yaxınlarının pensiya üzü görmədən həyatdan köçdüyünü yazır.

Ümumiyyətlə, ölkədə əksəriyyət üçün həyat keyfiyyəti aşağıdır. İşsizlik, keyfiyyətsiz qidalar, həyatda qalmaq üçün çətin şərtlərlə mübarizə özünü göstərir. Əhalinin qayğısına qalmaq lazımdır, özü də pafossuz, kağız üzərində yox, gerçəkdən. Bu gedişlə yaxın illərdə göstərici yalnız artacaq. Çünki hər hansı tədbirlər planı gözə dəymir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri