Icma.az
close
up
RU
Vəfat etmiş övladının maketinə toy etmək ağıllı adamın işi deyil, ağsaqqal, ağbirçək hara baxır? Sosioloq

Vəfat etmiş övladının maketinə toy etmək ağıllı adamın işi deyil, ağsaqqal, ağbirçək hara baxır? Sosioloq

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın bir çox ölkələrində dəfn prosesi ölünü torpağa basdırmaqla və ölü yaxınlarının bir yerə toplaşıb hüznlə acılarını bölüşməsi ilə həyata keçirilir. Lakin son vaxtlar ölkəmizdə dünyasını dəyişən sənətkarların dəfn mərasimlərində saz çalınması ənənə halını alıb. Xalq artisti Aftandil İsrafilovla vida mərasimi bəstələdiyi “Kəmalə” rəqsinin sədaları altında keçirilib. Müğənni Məhəbbət Kazımov “Laçınım” mahnısının sədaları altında dəfn edilmişdi. Tanınmış ictimai-siyasi xadim Vurğun Əyyubun cənazəsi “Ruhani” havası ilə evinin qarşısından qaldırılmışdı. Bir neçə el sənətkarı dünyadan köçəndə cənazəsi üstə saz havası çalınıb. Bunun dini baxımdan doğru olmadığını deyənlər olsa da, ictimaiyyət nümayəndələri dəfn, vida mərasimlərində tanınmışların vəsiyyəti və yaxud yaxınlarının istəyi ilə hansısa saz, musiqi sədalarının səslənməsi ilə həmin şəxslərin musiqiyə, sənətinə olan vurğunluğunu bir daha nümayiş edildiyini qeyd edir.

Bundan başqa, nakam vəfat edənin qara zurna ilə dəfn edilməsi adəti də bir çox bölgələrdə tətbiq olunur. Belə ki, heç evlənməmiş və ya yaxın tarixdə toyu olacaq biri dünyasını dəyişəndə bəzi yerlərdə zurna və ya balaban ifa edilərək dəfn olunur.    

Bu ayinlərin videogörüntüsü sosial şəbəkələrdə yayımlananda məsələ daha da ictimailəşir və dünyagörüşündən, dinə münasibətindən asılı olaraq insanlarda fərqli münasibətlər doğurur. 

Maraqlıdır, bu adət-ənənələr nə ilə bağlıdır və dində belə bir şey varmı?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, hər kəs yasını fərqli yaşayır, hər insan kədərini fərqli göstərir:

“Xüsusilə dünyadan nakam gedənlərin əzizləri, ailə üzvləri bəzən başqalarına təəccüblü görünən formalarda matəmini yaşaya bilər. Rəhmətə gedən şəxsin musiqi ilə, xonçalarla, gəlin maşınının müşayiəti ilə dəfn edilməsi də bu kimi vəziyyətlərdəndir. Ola bilər gəncdir, ola bilər nişanlıdır, evlənmə ərəfəsindədir və qəfil dünyasını dəyişib. Doğmaları üçün bundan ağır dərd yoxdur, onlar öz matəmlərini bu cür göstərirlər, yarımçıq arzularını, nakam köçən övladlarının yaşamadığı həyatını dəfnində yaşatmaq istəyirlər, musiqini ona görə çaldırırlar, xonçaları ona görə qəbrinə düzürlər. Yəni gördüyümüz, tarixən müşahidə etdiyimiz vəziyyətdir”. 

L.Mehralı qeyd edib ki, müharibədən sonra tamamilə başqa, ictimai yüklü vəziyyət yaranıb:

“Nakam köçən şəhidlərə toy mərasimi təşkil edildi, bəylik stolu quruldu. O məclisə şəhidin kartondan düzəldilmiş maketi vağzalı sədaları ilə gətirildi, maketin qarşısında qol götürüb ağlaya-ağlaya oynadılar. Bir gəlini məcbur etdilər toyunda şəhid qardaşının maketi ilə rəqs etməyə. Təsəvvür edirsiniz? Bundan ağır yük varmı? Bu fikir kimdən çıxmışdı, ideya müəllifi kim idi, gəlinə şəhid maketi ilə rəqs eləməsini kim təklif etmişdi, bilmirəm. Amma o qəhrəman gənci bu cür şouya çevirmək, şəhid kimi müqəddəs bir adın sahibini bir karton qədər ucuzlaşdırmaq normal deyil. Bunun yerinə şəhidin foto və videolarından, qəhrəmanlıq tarixindən bəhs edən qısa metrajlı bir film- videoçarx hazırlaya, toyda nümayiş etdirə, onu xatırlaya bilərdilər. Bu üstü örtüləcək, etina edilməyəcək davranış deyil, bu ölkə yüklü, ictimai yüklü problemdir. Şəhidin şəkli həkk edilmiş tortu kəsib karton maketinə toy etmək ağıllı adamın işi deyil, normal əməl deyil. Dərd insana çox səhv etdirər, çox doğrunu yanıldar. Analar-atalar dərddən məntiqli fikirləşə bilmir, düzgün qərar verə bilmir, bəs o nəslin ağsaqqal-ağbirçəkləri niyə icazə verir buna? Anlaşılandır, şəhid ataları, anaları övladlarının unudulmağından çəkinirlər, balaları xalq yolunda əbədiyyətə qovuşub, xatirəsinin əbədi olmağını istəyirlər haqlı olaraq. Amma şəhidi əbədiləşdirməyin yolu ona toy etmək olmamalıdır.

Nakam vəfat edənin qara zurna ilə dəfn edilməsi adəti çoxdan var bizdə, amma qarmon görməmişdijm. 25-26 il əvvəl qonşuluğumuzda da bir gənc oğlan xəstəlikdən ölmüşdü. Ağıllı, yaraşıqlı, qanacaqlı bir gənc idi. O vaxtlar gənclərin ölümü çox dəhşətli qarşılanırdı, qəzalar xaric xəstəlikdən bir gəncin vəfat etməsi alışılmış vəziyyət deyildi. Onu da qara zurna ilə dəfn etdi ailəsi, bəyliyinə alınıb saxlanmış bütün əşyaları xonçalarda qəbri üstə düzüldü. Xanım-xatun anası çox yaşamadı ondan sonra. Ağır dərddir. Bu gənc niyə intihar edib bilmirəm, amma həmişə deyirəm, intihar xudbinlikdir. Özündən sonrakılara cəhənnəm əzabı yaşatmaqdır, ömürləri boyunca odda yeriməklərinə səbəb olmaqdır".


Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri bildirib ki, kimsə yaxınını klarnet və ya zurna ilə dəfn edə bilər, lakin bunun İslamda mövcud olduğunu iddia edə bilməz:

"Dində qeyd olunur ki, insan vəfat etdisə, o bütün etdiklərinə görə Allaha cavab verəcək. Əsas odur ki, Allaha nə cavab veriləcək. Ola bilər ki, kimsə dəfn mərasimində klarnet çala-çala Allaha dua edir, kimsə də təbii şəkildə ürəyi istədiyi kimi dəfn edir. Bu məsələni hər kəsin ixtiyarına buraxmaq daha yaxşı olar”.

E.Mirinin sözlərinə görə, İslamda dəfn mərasimində musiqi alətlərindən istifadə edilməsinə heç bir qadağa yoxdur, lakin belə etmək üçün nümunə götürülə biləcək qeyd də mövcud deyil: 

"Peyğəmbərə aid hədis və hekayələrdə belə məsələlər yoxdur. Bu qədim Misirdə, Mesopotomiya ərazilərində olan bəzi inanclardan irəli gəlir ki, o zamanlar ölülərin şəxsi əşyalarını, qızılını, hətta qulluqçularını belə özləri ilə dəfn edirdilər ki, guya onlar o biri dünyada bu cür yaşayacaq. Halbuki, sağ qalan digər insanlara, vərəsələrə paylanmalı olan bir şeydir. Ölüləri var-dövlətlə basdırmaqla onların funksiyası artmır. Buna görə, daha geniş prizmadan yanaşmaq lazımdır. Bir daha təkrar edirəm mərhumu klarnet və ya başqa müsiqi alətləri ilə yola salan adamlar deyə bilməz ki, bunu dinimə görə edirəm”. 


Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see195

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see139

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see138

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see137

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see136

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see136

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see136

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see134

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see131

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see127

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see125

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see123

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see121

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see121

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see120

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see119

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see118

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see117

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see116

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri