Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Vəhdət dünyasında Düşmən yoxdur! (ESSE)

Vəhdət dünyasında Düşmən yoxdur! (ESSE)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Bilavasitə varlığın nüvəsinə tuşlanan, insan – təbiət harmoniyasının ən dərin qatlarını açan, "mütləq həqiqətin” (paramita) arxitekturasını yaradan, transendental müdrikliyi həyat tərzi kimi qəbul edən zen-biddizm üç böyük mədəniyyətin (Hindistan, Çin, Yaponiya) təcrübəsindən süzülərək meyvələnib. 

Buddizmin bu yolu – insanın bütün mənəvi gücünü toplayaraq və mücərrəd təfəkkürün gərəksiz yükündən onu azad edərək, mənəviyyat tarixində ilk dəfə duyum (zen) – qavrayışın ilk və əsas pilləsi – təməlində bir yaşamın var olduğunu təsdiq edir. Əgər sivilizasiya addımbaşı yanılmaq, özünün qurduğu  tor – ehkamlar, formallıqlar içərisində çırpınıb qalmaq istəmirsə, zen həyatının təbii məcrasına düşməlidir. 

Zen-biddizm – bütləşdirməkdən mütləqləşdirməyə qədər bütün aktları rədd edir. Bu inkarda o təsdiq var ki, Varlığın içərisindən onun hansısa bir "hissəsini” – nə qədər "müqəddəs” olursa-olsun – müstəsnalaşdırmaq olmaz. 

Varlığın mərkəzi və periferiyası yoxdur, vakuumu və doluluğu yoxdur. Sən ümumdünya harmoniyası içərisindən Özünə doğru hərəkət edirsən. Həm başlanğıcda, həm də sonda dayanan Özünsən. Sənin yolun – bütün yaradılışın yoludur. Qaranlıqlardan keçən bu yolda Çıraq sənin əlində deyil, içindədir!

Zen – azadlığın deklarasiyası yox, özüdür. Onun qapıları nəinki köləliyə, hətta azacıq asılılığa belə bağlıdır. İnsan – məbəddən, məbəd – Tanrıdan asılı deyil. "Nə monoteistik, nə də panteistik” olan (Sudzuki) Zenə sanki bütün dinlərin və fəlsəfələrin ən sağlam ideyalarının şəhdi-şirəsi süzülüb. 

Ancaq bitməz özəlliyində bütün saçaqlanan mənaları ilə Zen – ədəbiyyat düşüncəsinin cövhəridir. "Cahana sığmayan” Şair – Zen ustadıdır. 

Zen – İnsanı azad etdiyi kimi, Tanrını da dini ehkamların caynağından qoparıb hər zərrəsi bərq vuran Varlıq Okeanına qərq edir. Varlığın hər zərrəsi tək İnsanın da işıqlanması – buddalaşması onun Taleyidir... 

Getdiyin yolun bitməyini istəyirsənsə, o qurtaracaq. Əgər onun yenidən başlamasını istəyirsənsə, bir daha açılacaq. Ancaq o həm yoldur, həm də sıldırım. Fəqət hara burulsa da, birbaşa məqsədə hədəflənmiş yoldur.

Gerçəkliyi "əlcəklə deyil, yalın əllə tutmağa” çalışan (Sudzuki) Zenin cavabı – sual, sualı – cavabdır. İnsanların ən çox istifadə etdikləri söz – Zendə ən az üz tutulandır. Diqqət  mərkəzindəki nəsnəni daxil olduğu birgəlikdən ayırmadan tərpədilə biləcək nöqtəsindən oyandırmaqla, ona bir meh toxunuşunda dilləndirir Zen.

Əgər Varlıq özü danışa bilirsə, niyə Onun əvəzində İnsan danışmalıdır?! İnsanın susması – həm ona, həm Varlığa tam azadlıq verir. İnsan məntiqinə və bu məntiqin mücərrəd-çərçivə anlayışlarına pərçimlənməmiş Varlığın dili belə açılır, substansiyası belə bəlli olur...

Zen – insanın tapındığı o Həqiqətdir ki, burada Onunla Varlıq ayrı olduqda, sadəcə, bir-birini tanımır. Zen fəlsəfəsinin məqsədi də budur: İnsan özünün tanımadığı dünyada yaşamasın. Bu dünyanın ziddiyyətləri – məhz bizim tanımadığımız, bizə dolayı sırınmış, hətta özümüzə yad saydığımız dünyanın ziddiyyətləridir. 

Bizim tanıdığımız dünya – içimizin dünyasıdır ki, o – əslində, yanlış olaraq özümüzə özgələşdirdiyimiz, hətta qorxub çəkindiyimiz dünya ilə Vəhdətdədir. Mənim dünyam – böyük dünyanın bir bağçasıdır. Vəhdət dünyasında – Düşmən yoxdur! Hətta – O yoxdur! Yalnız – Biz varıq! 

Rahid Ulusel

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyul 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri