Icma.az
close
up
RU
Vəhşi heyvanı öldürmək olmaz? “Çox zamanlar sui istifadə halları olur”

Vəhşi heyvanı öldürmək olmaz? “Çox zamanlar sui istifadə halları olur”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Yırtıcı heyvanla qarşılaşdıqda, təbii ki, özünümüdafiə halında insan onu öldürə bilər. Qanunvericilik bunu qadağan etmir. Ancaq çox zamanlar sui-istifadə halları olur".

Bunu “Yeni Sabah”a hüquqşünas İradə Cavadova deyib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında heyvan hücumu nəticəsində Azərbaycanda 27 min 476 nəfər xəsarət alıb. Təkcə 19 176 nəfəri it qapıb. 40-a yaxın şəxs isə çaqqal hücumu nəticəsində yaralanıb. Dominos pizza

Qış aylarında bölgələrdə tez-tez kəndlərə canavar basqınları olur, şəxsi təsərrüfatlar yırtıcılardan zərər dəyir.

Bununla belə, qanuncvericilik istər küçə heyvanları, istərsə də açıq təbiətdə yaşayan yırtıcıları tələf etməyə ümumən imkan vermir.

“Yırtıcı heyvanla qarşılaşdıqda, təbii ki, özünümüdafiə halında insan onu öldürə bilər. Qanunvericilik bunu qadağan etmir. Ancaq çox zamanlar sui-istifadə halları olur.

Məsələn, ovda özünü müdafiə etmək fərqli anlayışdır. İnsanlar həftələrlə ayı, yaxud digər vəhşi heyvan ovuna hazırlaşır. Bilərəkdən qrup şəklində, yaxud fərdi olaraq meşəyə gedir, pusqu qururlar. Bu, ovlamaq hesab edilir.

Yırtıcı heyvanları ovlamaq qanunvericiliklə qadağandır. Amma əgər hansısa bir vətəndaş hansısa başqa işlərlə bağlı meşəyə gedir və özü ilə ov tüfəngi aparır və bu zaman qarşısına yırtıcı heyvan çıxdıqda hücum baş verirsə, həmin durum özünümüdafiə xarakteri daşıyır. Çünki artıq həmin sakinə təhlükə yarandığı üçün heyvanı öldürür. Ona görə də sözügedən vəziyyət qanunvericiliyə zidd sayılmır.

Kənd yerində canavar, ya da digər bir yırtıcı heyvan sürüyə hücum zamanı öldürülür və buna görə cəza nəzərdə tutulmur, öldürən kəs məsuliyyət daşımır, hər hansı qanunazidd əməl törətmiş sayılmır”.

İ. Cavadova ov və ya özünü müdafiə halı arasındakı fərqləri, iki durumun bir-birindən necə ayırd edildiyini açıqlayıb:

“Təbii ki, belə halların ekspertizası olur. Ancaq informasiyadan da çox şey asılıdır. Misal üçün, vətəndaş ov tüfəngini götürüb meşəyə gedir. Orada heç kəs olmur. Meşəyə ov üçün getdiyindən özü ilə lazımi avadanlıqlar da aparır. Ovlama bir günə baş vermir və çox zaman ova tək yox, itlə çıxırlar.

Bir də digər bir məqam var. Ceyran ovu qanunla qadağan edilib. Belə bir durumda insan deyə bilməz ki, ceyran mənə hücum etdi. Bu mümkün deyil. Həmçinin, ceyran ovu zaman ona hansısa vəhşi heyvan hücum edirsə, bu da ov zamanı baş verən hücum kimi qeydə alınır. Amma sakin kənddə öz evindədirsə, yaxud meşədən harasa gedirsə, bu zaman isə özü ilə ov tüfəngi aparmır, ya da sürüyə riayət edən zaman hücuma məruz qalırsa, həmin addım ov yox, özünümüdafiə xarakteri daşıyır. Yəni fərq açıq şəkildə müəyyən edilir”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Avqust 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri