Icma.az
close
up
RU
Vətəndaş evinə hücum edən vəhşi heyvanı vurarsa cəzalandırılır?

Vətəndaş evinə hücum edən vəhşi heyvanı vurarsa cəzalandırılır?

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər rayonlarda canavarların qoyun sürülərinə hücumları artıb.  Əvvəllər canavar deyəndə gecə yada düşsə də indi hücumlar günorta saatlarında baş verir. Kənd sakinləri deyir ki, bu,  artıq nadir hadisə yox, davamlı təhlükəyə çevrilib. Amma yaranan vəziyyətdə insanlar nə canavarı vura bilir, nə də özlərini təhlükəsiz hiss edir. Bir tərəfdə qanun, digər tərəfdə isə qorxu içində yaşayan sakinlər  var. Çünki  söhbət artıq təkcə mal-qaradan yox, insanların – xüsusilə də uşaqların təhlükəsizliyindən gedir.

Zərərçəkənlər təhlükədən qorunmaq üçün çıxış yolu axtarır. Amma burada başqa bir problem ortaya çıxır: canavar vəhşi heyvandır və qanunvericiliyə görə onu vurmaq qadağandır. Mövcud qanunvericiliyə əsasən, vəhşi heyvanların, o cümlədən canavarların ovlanması qadağandır. Qanunsuz ov halında fiziki şəxslər üçün 1000 manatdan 2000 manatadək cərimə nəzərdə tutulur. Bəs evinə qədər girib hücum edən vəhşi heyvana qarşı vətəndaş nə etməlidir?

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Rəis müavini Bəhruz Məhəmmədov  Gununsesi.info -ya danışıb.

“Vəhşi heyvanların kəndlərə, insanlara hücumları ilə bağlı nazirliyə və onun yerli qurumlarına rəsmi müraciət daxil olduqda regional təbii sərvətlər idarəsinin mütəxəssisləri və ovçulardan ibarət işçi qruplar yaradılır. Qruplar insanlara təhlükə yaradan heyvanların ərazidən uzaqlaşdırılması üçün hürküdücü vasitələr tətbiq edir. Yırtıcıların sayının tənzimlənməsini diqqətdə saxlayır. Zərurət yarandıqda isə müvafiq tədbirlər görür. Vəhşi heyvanlar yaşayış məntəqələrinə və yaxud insanlara hücum edirsə, əhalininin təhlükəsizliyinə, kənd təsərrüfatı heyvanlarna ciddi təhdid yaradırsa, bu zaman vətəndaş özünü və təsərrüfatını qorumaq hüququna malikdir. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir”.

O  həmçinin qeyd edib ki, belə hallarda əsas məqsəd heyvanı məhv etmək deyil, təhlükəni aradan qaldırmaqdır.

Canavar hücumları kəndlərdə real təhlükə yaratsa da, qanun vətəndaşın özbaşına silaha əl atmasına yol vermir. Yalnız birbaşa təhlükə zamanı özünümüdafiə hüququ tanıyır. Qalan hallarda isə sakinlər aidiyyəti qurumlara müraciət etməli, tədbirlərin görülməsini gözləməlidir.

Ayşən 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri