Icma.az
close
up
RU
Vəkil Adəm Məmmədov qanunsuz həbsi ilə bağlı apellyasiya şikayətini hüquq ictimaiətinə təqdim etdi FOTOLAR

Vəkil Adəm Məmmədov qanunsuz həbsi ilə bağlı apellyasiya şikayətini hüquq ictimaiətinə təqdim etdi FOTOLAR

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Mən, peşəkar vəkil Adəm Məmmədov hal-hazırda Bakı İstintaq Təcridxanasında aşağıda paylaşdığım qanunsuz və əsassız hökmlə saxlanılıram. Hörmətli hüquq ictimaiyyəti, Siz özünüz peşəkar şəxslər kimi həm hökmə, həm də tərtib edilmiş apellyasiya şikayətinə baxdıqda məlum olacaqdır ki, mənim həbsim qanunsuz və əsassızdır. Apellyasiya şikayətini oxuyun və özünüz baş verənlərə qiymət verin.

Hakim Gültəkin Əsədova misli görülməmiş qanun pozuntularına yol vermişdir. Aşağıda qeyd etdiklərim həmin pozuntuların yalnız bir hissəsidir. Onun yol verdiyi qanun pozuntuları ətraflı şəkildə apellyasiya şikayətimdə öz əksini tapmışdır.

1. Belə ki, xüsusi ittihamçı Məhkəmənin hazırlıq iclasına və baxış iclaslarına gəlməmiş, iltizama ümumiyyətlə qol çəkməmişdir. O, yalnız 13-cü baxış iclasına gəlmişdir. Halbuki xüsusi ittihamçının hazırlıq iclasında iştirakı və iltizama qol çəkməsi mütləq təmin edilməli, əks halda işin icraata götürülməsindən imtina olunmalı və ya iş üzrə icraata xitam verilməli idi.

2. Bundan başqa, mənə heç bir aidiyyatı olmayan Qafqazaz.com saytına istinadən Qanunla.az saytında paylaşılmış xəbər 2020-ci ildə apa.az, “apa.az”, oxu.az ( Oxu.az ), sherg.az ( sherg.az ), lent.az ( lent.az ), modern.az ( modern.az ), ona.az ( ona.az ), musavat.com ( musavat.com ), medianews.az ( medianews.az ), gununsesi.info ( gununsesi.info ) xəbər saytlarında yayılmış, hətta “Youtube” sosial şəbəkəsində “AzTurk TV” kanalında ( youtu.be ) işıqlandırılmışdır. Yəni xüsusi ittihamçı barəsində yayılan məlumat mətbuata yad bir mövzu deyildi. Bu da xüsusi ittihamçının sanki onun şərəf və ləyaqəti qəsdən mənim tərəfimdən ilk dəfə alçaldılıb kimi yaratmağa çalışdığı görüntünü ifşa edir.

3. 2024-cü ildə mübahisəli xəbər ilk dəfə qafqazaz.com xəbər saytında yayılmasına və iş materialları ilə bunun tam şəkildə öz təsdiqini tapmasına baxmayaraq, hakim qərəzli şəkildə hökmdə guya xəbərin ilk dəfə qanunla.az xəbər saytında yayıldığını qeyd etmişdir.

4. Məhkəmə istintaqı zamanı toplanılmış sübutlar tədqiq edilmədən, tərəfimizdən təqdim edilmiş qərarlar sübutlar siyahısında göstərilmədən barəmdə qanunsuz və əsassız hökm çıxarılmışdır. Hakim tərəfindən AR CPM-in tələblərinə zidd şəkildə iş materialları tədqiq edilmədən birbaşa çıxışlar mərhələsinə keçilmişdir.

5. Qanunla.az-da paylaşılmış xəbərlərdə təhqir xarakterli heç bir ifadənin olmamasının ekspert rəyi ilə təsdiqlənməsinə baxmayaraq barəmdə AR CM-nin 148-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır.

6. Həmçinin hakim tərəfindən mənə çıxış üçün son söz verilməmişdir və s.

Diqqətinizə çatdırıram ki, mənim həbsimin səbəbi prinsipial fəaliyyət göstərməyimdir. Hamı çox gözəl bilir ki, 50-dən çox bəraət hökmünün çıxarılmasında iştirakıma görə qəzəbə tuş gəlmişəm. Lakin mən bir hüquq müdafiəçisi olaraq, əlbəttə ki, sona qədər mübarizəmi aparacağam. 06.05.2025-ci il tarixdə saat 11:35-də apellyasiya şikayətlərimizə Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Zəfər Əhmədovun sədrliyi ilə baxılacaqdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Mən inanıram ki, Sizin tərəfinizdən bu iş nəzarətə götürüləcək, bu ədalətsizlikdə rolu olan hər kəs lazımi qaydada cəzalandırılacaqdır.

     
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri