Vəkil Adəm Məmmədovun saytlara və keçmiş müvəkkilinə qarşı şikayəti rədd olunub
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir müddət əvvəl həmkarının şikayəti ilə həbs edilən tanınmış vəkil Adəm Məmmədovun bir neçə sayta və keçmiş müvəkkili Fidan Abbasovaya qarşı şikayətinə baxılıb.
Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib.
Adəm Məmmədov əvvəlki müvəkkili Fidan Abbasovanın onun barəsindəki açıqlamalarını təhqir və böhtan hesab edib. Həmçinin bir neçə saytı da həmin açıqlamaları yaydığı üçün eyni əsasla məhkəməyə verib.
Lakin məhkəmə şikayətdə yazılanları əsaslı saymayıb.
Qərara əsasən Adəm Məmmədovun şikayəti rədd edilib.
Fidan Abbasovanın vəkili Asim Abbasov məhkəmənin çıxardığı qərarı saytımıza təsdiq edib.
Qeyd edək ki, Adəm Məmmədov bir ay əvvəl Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum edilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır(Publika.az)
Bu mövzuda digər xəbərlər:Tanınmış vəkil Adəm Məmmədovun fəaliyyəti dayandırılıb
15 Fevral 2025 19:44
Elnur Məmmədovun şikayəti təmin olunmadı
13 Oktyabr 2025 14:40
Məhkəmə Adəm Məmmədovun şikayətini rədd etdi
19 Aprel 2025 10:58
Adəm Məmmədovun məhkəmə iddiası təmin olunmadı: Vəkil dilemma qarşısında… KONKRET
14 Fevral 2025 17:12
Baxış sayı:62
Bu xəbər 19 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















