Icma.az
close
up
RU
Vəkilin özünə vəkil tutması absurd sayılır AÇIQLAMA

Vəkilin özünə vəkil tutması absurd sayılır AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"“Vəkillik və vəkil fəaliyyəti haqqında” Qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərdən biri vəkilin kassasiya instansiyası məhkəməsində özünü təmsil etməsi ilə bağlıdır. Bu təklifin əsas məqsədi ondan ibarətdir ki, kassasiya instansiyası olan Ali Məhkəmə yalnız hüquqi məsələlərə baxır və işin faktiki hallarını araşdırmır. Yəni bu mərhələdə vətəndaşın təqdim etdiyi məlumatlar və ya işin detalları əsasında deyil, sırf hüquqi norma və onların tətbiqi baxımından qiymətləndirmə aparılır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında vəkil Araz Nurməmmədov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vəkilin kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilməsindən danışarkən bildirdi.

"Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsi Ali Məhkəmə tərəfindən baxılır və onun əsas mahiyyəti budur ki, burada işin yalnız hüquqi tərəfi nəzərdən keçirilir. Yəni kassasiya şikayəti verən şəxs işin faktiki hallarını deyil, yalnız hüquqi məsələləri müzakirə edir. Ali Məhkəmə işin faktiki detalları ilə məşğul olmur. Vətəndaş özü barədə məlumat versə və ya tələblə bağlı məlumat təqdim etsə belə, Ali Məhkəmə işin faktiki halları ilə bağlı qərar çıxarmır. Ali Məhkəmənin əsas funksiyası aşağı instansiya məhkəmələrinin prosessual və maddi-prosessual normaları pozub-pozmadığını araşdırmaqdır. Əgər apellyasiya məhkəməsi bu pozuntular nəticəsində qərar çıxarıbsa, Ali Məhkəmə həmin qərarı ləğv edir. Bu səbəbdən kassasiya məhkəməsində vəkilin iştirakı zəruridir. Əvvəlki hallarda və hazırkı vəziyyətdə də tərəfin hüquqi nümayəndəsi kimi yalnız vəkil iştirak edə bilərdi. İndiki dəyişikliyə görə, əgər vəkil özü kassasiya şikayəti verirsə, onun özünə vəkil tutması absurd sayılır. Bu, vəkilin etik prinsiplərinə ziddir. Vəkil öz işini və hüquqi məsələləri yaxşı bilir, ixtisaslı hüquqşünasdır və vəkillik statusuna malikdir".

Müsahibimiz qeyd etdi ki, vəkilin özünü təmsil etməsi məntiqlidir.

"Digər məsələ isə şübhəli və ya təqsirləndirilən şəxs qismində olan şəxslərin müdafiəsi ilə bağlıdır. Cinayət işlərində də vəkil müdafiəçi kimi çıxış edir. Əgər müdafiəçi vəkil olarsa, onun özünü müdafiə etməsi də mümkündür. Yenə də onun özünə vəkil tutması absurd olar. Bu səbəbdən, müdafiəçinin təmin edilməsindən imtina edib öz-özünü müdafiə etməsi məntiqli və qanuni sayılır. Beləliklə, həm kassasiya instansiyası məhkəməsində, həm də cinayət prosesində vəkilin özünü təmsil etməsi məsələsi hüquqi baxımdan əsaslı və məntiqlidir", - deyə Arzu Nurməmmədov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Sentyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri