Vəkillər daha 2 penitensiar müəssisədə pulsuz hüquqi yardım göstəriblər FOTOLAR
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu davam edir. Kollegiyanın mətbuat xidmətindən SİA-ya bildirilib ki, Salyan rayon Vəkil Bürosunun vəkilləri 5 saylı cəzaçəkmə müəssisəsində, Lənkəran rayon Vəkil Bürsonun vəkilləri isə Lənkəran penitensiar müəssisəsində cəza çəkən məhkumlara pulsuz hüquqi yardım göstəriblər.
Qəbul zamanı vəkillər tərəfindən ümumilikdə 75-ə yaxın məhkumun müraciəti dinlənilib. Onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















