Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərar qəbul edilib
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından bildirilib ki, iclasda çıxış edən kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq Qadın Vəkillər Alyansının hesabatı dinlənilib, Bakı şəhəri 22 saylı Vəkil Bürosunda keçirilmiş monitorinqin nəticəsi elan edilib.
Sonra “Deontologiya” və “İcra Hüququ” Komitələrinin Əsasnaməsinin və İş Planının təsdiq edilməsi məsələlərinə baxılıb və müsbət qərarlar çıxarılıb.
Eyni zamanda, iclasda “Elektron vəkil kabinetindən istifadəyə dair Təlimat”ın təsdiq olunması qərara alınıb.
Həmçinin iclasda Rəyasət Heyətinin səlahiyyətləri çərçivəsində digər məsələlərə baxılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Eləcə də 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 3 vəkilə isə töhmət verilib.
Sonda kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















