Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təbrik və təltif edib Yeni Gündəm

Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təbrik və təltif edib Yeni Gündəm

Icma.az bildirir, Yenigundem portalına istinadən.

Noyabrın 27-də “De Fendo” Vəkil Bürosunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təbrik və təltif edib.

“Yeni Gundem” xəbər verir ki, görüş zamanı ARVK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr diqqətə çatdırıb ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Eyni zamanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının fəaliyyətindən, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələrdən, habelə gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsindən danışan Anar Bağırov ARVK-nın Şurada və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirib.

Həmçinin sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayaraq, şərəfli hakim adını hər zaman uca tutmağı, şəffaf fəaliyyət göstərmələri üçün vacib olan prinsiplərə əməl etməyi tövsiyə edib.

Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə təyin edilən hakimlərdən məhz 8 nəfərin Kollegiyanın üzvü olduğunu nəzərə çatdıran Anar Bağırov bunu çox yüksək göstərici kimi qiymətləndirib. Sədr göstəricilərə əsasən hazırda vəkilliyin digər sahələrlə yanaşı, məhkəmə hakimiyyəti üçün də kadr bankına çevrildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik nümayiş etdirən ARVK-nın 8 üzvü – Nəbiyev Rəmzi Sultan oğlu Şirvan Kommersiya Məhkəməsinə Nuriyev Aqil Abdul oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Qənbərov Tağı Ədalət oğlu Tərtər Hərbi Məhkəməsinə, Həsənov Teymur Həsən oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Məmmədova Günel İqbal qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Meybullayeva Şəfiqə Eldar qızı Astara Rayon Məhkəməsinə, Bayramov Samir Zakir oğlu Xaçmaz Rayon Məhkəməsinə və Hüseynov Elşən Təbrizoviç isə Masallı Rayon Məhkəməsinə Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.

Daha sonra Anar Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 27 Noyabr 2024 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see251

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see211

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see173

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see137

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see135

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see134

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see121

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri