Icma.az
close
up
RU
Vəkillərə sertifikatlar verilib

Vəkillərə sertifikatlar verilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Avropa Şurası (AŞ) və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Birgə Proqramının üçüncü mərhələsi (PGG3) çərçivəsində icra olunan "Azərbaycanda mediasiyanın təşviqi" layihəsi üzrə "Vəkilin mediasiyada rolu" mövzusunda təlim keçirilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, təlimdə açılış nitqi ilə çıxış edənlər - Avropa Şurasının Bakıdakı ofisinin layihə üzrə məsul şəxsi Vəfa Rövşənova və Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin baş məsləhətçisi Afaq İlqarlı təlimin vəkillərin praktiki fəaliyyətindəki rolundan danışıb və bu əməkdaşlığın beynəlxalq təcrübənin paylaşılması baxımından olduqca müsbət və səmərəli olduğunu qeyd ediblər.

Kollegiyanın Tədris Mərkəzinin direktoru Əmir Əliyev bildirib ki, vəkilin mediasiya prosesində iştirakı tərəflərin hüquqlarının təmin edilməsinə, onların mövqelərinin düzgün ifadəedilməsinə və qarşılıqlı razılığa nail olunmasına kömək edir. Vəkilin mediasiya sahəsində zəruri bilik və praktiki bacarıqlara malik olması mübahisələrin səmərəli həllinə və mediasiya institutuna etimadın artırılmasına xidmət edir.

Təlimçi qismində Vəkillər Kollegiyası və Mediasiya Şurasının üzvləri mübahisə, mübahisəyə səbəb olan faktorlar, mübahisənin mərhələləri, mübahisənin ənənəvi və alternativ həll yolları, milli qanunvericilikdə mediasiya, o cümlədən vəkillərin mediasiyada rolu, müştəriyə effektiv yardım, danışıqaparma strategiyası, dinləmə, emosiyaların idarəsi, maraqların uzlaşdırılması barədə çıxış ediblər.

İnteraktiv təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Təlimdə 28 vəkil iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri