Icma.az
close
up
RU
VƏLİYEVİN NƏHƏNG TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR Hər ay toplanan yüz minlər hara xərclənib?

VƏLİYEVİN NƏHƏNG TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR Hər ay toplanan yüz minlər hara xərclənib?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə şəhərində 20 hektar ərazidə yerləşən “Grand Qafqaz Ticarət Kompleksi” (“Gəncə Bazar Store” MMC) banka olan kredit borcuna görə hərraca çıxarılır.

“Gununəssiz.info” saytının yaydığı məlumata görə, bazarın sahibi – Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin ailə üzvləri “Xalq Bank”dan götürülmüş 5 milyon manatlıq krediti qaytarmayıblar. Nəticədə məhkəmə kreditin əvəzinə bankın girov kimi qoyulmuş əmlakının hərraca çıxarılaraq satılması və borcun ödənilməsi barədə qərar çıxarıb.

Məlumata görə, 5 milyon manatlıq kreditin 3 milyon 800 min manatı hələ də ödənilməyib. Bank bu vəsaitlə yanaşı, 99 min 996 manat faiz borcu, gecikmənin hər günü üçün illik 30 faiz dərəcə ilə hesablanan 250 min 589 manat cərimə olmaqla, ümumilikdə 4 milyon 182 min manat pulun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Tələb edilib ki, məhkəmə borcun girov qoyulmuş əmlakın satılması hesabına ödənilməsinə qərar versin.


Məhkəmə də bu tələblə razılaşıb və ticarət kompleksinin hərraca çıxarılaraq satılmasına, əldə olunacaq vəsaitin bankın borcunun ödənilməsinə yönəldilməsinə qərar verib.

“AzPolitika”ya daxil olan məlumatlara görə, kreditin uzun müddət ərzində ödənilməməsi təəccüb doğurur. Belə ki, məlumatlara görə,  Vəliyevlər hər ay bazardakı obyektlərin icarəsindən 200 min manata qədər gəlir əldə edib. Lakin bu vəsait kreditin ödənilməsinə yönəldilməyib. Bundan əlavə, MMC-nin külli miqdarda vergi borcları da yaranıb. Bu səbəbdən Dövlət Vergi Xidməti də şirkət barəsində araşdırma başladıb.

Qeyd edək ki, bazarda bütün ticarət yerləri icarəyə verilməsə də, kifayət qədər sayda obyekt fəaliyyət göstərir. Mənbələrin bildirdiyinə görə, ticarət mərkəzinin hərraca çıxarılmasına qədər gətirib çıxaran problemlər MMC-nin idarə olunmasındakı ciddi qüsurlarla bağlıdır. Əgər hər ay toplanan vəsaitlər borcların ödənilməsinə və ticarət mərkəzinin inkişafına sərf olunsaydı, bu nəhəng bazar  hərraca çıxarılmazdı...

Rasim Əliyev

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri