Venesuela ABŞ ilə 25 illik enerji müqaviləsi bağlayıb
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ ilə 25 illik enerji müqaviləsinin imzalandığını açıqlayıb.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, saziş çərçivəsində ölkədə neft hasilatının gündəlik 1,5 milyon bareldən çox artırılması nəzərdə tutulur.
Rodrigez müqavilənin 17 strateji neft yatağının işlənməsini əhatə etdiyini bildirib.
Onun sözlərinə görə, gündəlik 1,5 milyon barel hasilat sazişin yalnız ilkin hədəfidir. Daha geniş plan çərçivəsində səkkiz yeni neft blokunun işlənməsi və Venesuelanın enerji sektorunun genişləndirilməsi nəzərdə tutulur.
Rodrigez qeyd edib ki, müqavilə Venesuelanın təbii sərvətləri üzərində mülkiyyət hüququnu və suverenliyini qoruyur. Onun sözlərinə görə, ABŞ kapitalının, texnologiyasının və təcrübəsinin cəlb edilməsi uzun illər ərzində sanksiyalar və investisiya çatışmazlığından ciddi zərər görmüş neft sənayesinin bərpasına imkan verəcək.
Venesuela rəsmisinin hesablamalarına görə, neftin orta qiyməti bir barel üçün 65 dollar olduğu halda, yeni saziş hökumətə təxminən 209 milyard dollar gəlir gətirə bilər. İstehsal edilərək satılan hər barel neftdən təxminən 19 dolların birbaşa dövlət büdcəsinə daxil olacağı bildirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Venesuelanın neft ehtiyatlarının bir hissəsinə nəzarətin Amerika şirkətlərinə verilməsi ilə bağlı planları açıqlayıb. Tramp ABŞ-nin özəl şirkətlərlə tərəfdaşlıq yolu ilə Venesuelanın 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatlarının böyük hissəsinə nəzarət etmək imkanına malik olduğunu bildirib.
Dünyanın ən böyük sübut edilmiş neft ehtiyatlarına sahib olan Venesuelada hazırda gündəlik neft hasilatı təxminən 1,25 milyon barel təşkil edir. Ölkədə neft istehsalının son illərdə investisiya çatışmazlığı, idarəetmədə problemlər və ABŞ sanksiyaları səbəbindən əhəmiyyətli dərəcədə azaldığı bildirilir.
Venesuela hakimiyyəti gələn həftə neft kəşfiyyatı və hasilatı üzrə yeni hüquqların verilməsi ilə bağlı bir sıra şirkətlərlə müqavilələr imzalamağı planlaşdırır. Danışıqlara yaxın mənbələrin məlumatına görə, bu şirkətlər arasında Amerikanın “Chevron” şirkəti də ola bilər.
Bu mövzuda digər xəbərlər:Venesuela Braziliya ilə sərhədi bağlayıb
03 Yanvar 2026 21:25
Venesuela ABŞ enerji şirkətləri ilə anlaşmalar imzalayıb
01 May 2026 08:29
Venesuela ABŞ ilə danışıqlara hazırdır
02 Yanvar 2026 12:16
ABŞ təyyarələri Venesuela sərhədlərində
30 Noyabr 2025 09:21
ABŞ Venesuela savaşı BAŞLAYIR?
03 Noyabr 2025 18:58
Baxış sayı:115
Bu xəbər 30 Avqust 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















