Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Dağıdıcı zəlzələdən iki gün sonra Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Zəlzələ UTC vaxtı ilə saat 22:16-da Venesuelanın paytaxtı Karakasdan 80 kilometr qərbdə qeydə alınıb.
Zəlzələnin yerin 35 kilometr dərinliyində baş verdiyi bildirilir.
İnsan tələfatı və ya dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, 24 iyun axşamı Venesuelada iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, onlardan birincisi 7,2, ikincisi isə 7,5 bal gücündə olub. Venesuela hakimiyyət orqanlarının son məlumatlarına görə, ölənlərin sayı 920-yə çatıb, daha 3360 nəfər yaralanıb. 4000-dən çox insan evlərini itirib. Bir çox yaşayış binası dağılıb, infrastruktur və xəstəxanalar zədələnib, ölkənin əsas hava limanı bağlanıb.
Baxış sayı:149
Bu xəbər 27 İyun 2026 07:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















