Venesuelada hantavirus həyəcanı: Ölənlər var
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Venesuelada hantavirus infeksiyası səbəbindən üç nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi öz rəsmi "Telegram" kanalında məlumat yayıb.
Nazirlikdən bildirilib ki, vəfat edən şəxslərin hər üçü Ansoateqi ştatının sakinləri olub.
Qurum həmçinin əlavə edib ki, Venesuelada virusun insandan insana keçməsini sübut edən heç bir elmi fakt qeydə alınmayıb. Eyni zamanda Barinas ştatında iki tibb işçisinin də dünyasını dəyişdiyi, hadisənin dəqiq səbəblərinin araşdırıldığı qeyd olunub.
Səhiyyə Nazirliyi Venesuela vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Milli İctimai Səhiyyə Sisteminin tam gücü ilə fəaliyyət göstərdiyini vurğulayıb və aparılan araşdırmaların nəticələrinin rəsmi kanallar vasitəsilə vaxtında ictimaiyyətə çatdırılacağını vəd edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 21 İyul 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















