Venesuelada vəziyyətin sülh yolu ilə həlli… Koşta
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa Birliyi (AB) Venesuelada vəziyyətin sülh yolu ilə, demokratik və inklüziv həllini dəstəkləməyə davam edəcək.
Axar.az xəbər verir ki, bu barədə AB Şurasının rəhbəri Antonio Koşta X sosial şəbəkəsində yazıb.
"Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyirəm. AB münaqişənin deskalasiyasına və vəziyyətin beynəlxalq hüquqa və BMT Nizamnaməsində təsbit edilmiş prinsiplərə tam riayət olunmaqla həllinə çağırır. AB Venesuelada vəziyyətin sülh yolu ilə, demokratik və inklüziv həllini dəstəkləməyə davam etəcək", - o yazıb.
A.Koşta həmçinin qeyd edib ki, Venesueladakı AB vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın üzv dövlətlərlə koordinasiyalı şəkildə həyata keçirdiyi səyləri dəstəkləyir.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp ordusunun Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















