Icma.az
close
up
RU
Venesueladan sonra daha bir ölkə təhlükədə Trampın yeni hədəfi bilindi

Venesueladan sonra daha bir ölkə təhlükədə Trampın yeni hədəfi bilindi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın qlobal siyasətdə son dövrlər müşahidə olunan ritorika və davranışları beynəlxalq münasibətlər sistemində ciddi narahatlıq doğurur. Prezident Donald Trampın Panama ilə bağlı bir il öncə verdiyi açıq mesajlar bu gün artıq konkret geosiyasi planın mümkün anonsu kimi dəyərləndirilir.

Venesueladan sonra daha bir Latın Amerikası ölkəsinin Vaşinqtonun hədəfinə çevrilməsi ehtimalı böyük güclərin öz maraqları naminə kiçik və orta dövlətlərin suverenliyini istənilən an sual altına ala biləcəyi təhlükəli presedenti gündəmə gətirir.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, ABŞ Venesuelanı işğal etməyib:

“10 il öncə ABŞ-ın Nyu-York şəhərində Venesuela Prezidenti Nikolas Maduroya qarşı məhkəmə prosesi başlamışdı. Bir sıra narkokartel nümayəndələrinin verdiyi ifadələr əsasında müəyyən olunmuşdu ki, Maduro və onun ailə üzvləri narkotik dövriyyəsi ilə məşğuldur. Əsas ixrac istiqaməti isə məhz ABŞ idi. Maduro açıq-aşkar ABŞ vətəndaşlarını narkotik vasitələrin aludəçisinə çevirərək məhv etmək istəyirdi. Əslində, ABŞ bu əsaslarla Maduronu həbs etdi.

Maduronun həbsindən sonra da Venesuelada hakimiyyət fəaliyyətini davam etdirir. Onun təyin etdiyi nazirlər hələ də vəzifədədir. Vitse-prezident andiçmə mərasimindən sonra prezident vəzifəsinin icrasına başlayıb. Venesuelada ehtimal olunan vətəndaş müharibəsinin qarşısını almaq üçün Maduro dövrünün siyasi şəxsləri hazırda hakimiyyətdə saxlanılıb.


Yusif Bağırzadə

Panamaya gəlincə, Tramp andiçmə mərasimindən sonra bu ərazi ilə bağlı mövqeyini açıqlamışdı. Məlum olduğu kimi, Panamada iki böyük liman var və onların Çinə verilməsi ilə bağlı proses başlamışdı. Tramp da Panamaya məhz buna görə xəbərdarlıq etmişdi. Lakin bu xəbərdarlıqdan sonra Panama geri addım ataraq Çinlə bağlanmış sazişləri ləğv etdi. Bununla da Trampın istədiyi reallaşdı. Hazırda ABŞ-ın Panamanı zəbt etməsi və ya hərbi əməliyyatlar aparması gündəmdə deyil.

Qrenlandiya ilə bağlı isə ABŞ prezidentinin konkret fikirləri var. Fikrimcə, bu məsələ öz həllini tapacaq. Qrenlandiya gec-tez ABŞ-ın tərkibinə daxil olacaq. Bu gün isə Vaşinqtonun əsas hədəfi Kubadır. Venesueladan sonra Kubanın ayaqda qalması çətin görünür. ABŞ bunu uzun müddətdir istəyirdi”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri