Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

“Venesueladan sonra Kuba əldən çıxır” Politoloq

“Venesueladan sonra Kuba əldən çıxır” Politoloq

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“Pekin ABŞ-ın planlarından narahatdır. Bunu Çin lideri Si Cinpinin gün ərzində həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də ABŞ Prezidenti Donald Trampla telefon danışığı sübut edir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Cinpin arasında danışıqlarda Rusiyanın Çinə neft və qazın ixracı mövzusunun müzakirə edildiyini bildirib. Əlbəttə, bu mövzu ilk növbədə Kremli maraqlandırır. Çünki, Qərbin sanksiyalarına görə, Rusiya öz neftini və qazını ucuz qiymətə Çinə sata bilir. Hindistan Trampın təzyiqlərinə görə, Rusiyanın ucuz neftinin alışını xeyli azaldıb. Deməli, Rusiya üçün tək bazar qalıb”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki paylaşımında yazıb.
Politoloq bildirib ki, Vladimir Putin və Si Cinpin telefon danışığında enerji mövzularıyla yanaşı İran, Venesuela və Kuba ilə bağlı vəziyyəti də müzakirə ediblər: “Uşaqkov bildirib ki, Moskva və Pekinin beynəlxalq məsələlərin böyük əksəriyyəti üzrə mövqeləri yaxındır və ya tamamilə üst-üstə düşür. Rusiya və Çin Venesuelanı itiriblər, Kubada da vəziyyət ağırdır. Kuba Venesuelanın ucuz neftindən məhrum olub. Vaşinqtonun təzyiqləri nəticəsində Meksika da Kubaya neft satışını dayandırıb. Enerji resursları olmadan Kubanın onsuz da ağır olan iqtisadiyyatı daha ağır vəziyyətə sürüklənəcək. Rusiya və Çin Kubaya yardım əli uzada bilməyəcəklər”.
E.Şahinoğlu qeyd edib ki, Putin və Cinpin telefon danışığında ABŞ-la münasibətləri də müzakirə ediblər: “Əsas mövzulardan biri budur. Moskva və Pekin Donald Trampın İrana qarşı müharibəyə başlaya biləcəyindən narahatdırlar. Moskva və Pekin İranı Venesuela kimi itirmək istəmirlər. Müharibə başlayarsa, İrandakı rejimin məğlub olmaması Moskva ilə Pekinin maraqları çərçivəsindədir. Rusiya Ukrayna müharibəsinə görə, İrana əməli hərbi dəstək verə bilmir. Çinin bu rolda çıxış etdiyinə dair məlumatlar var. Çin hərbi təyyarələrinin son həftələrdə İrana müxtəlif yüklər daşıdığına dair məlumatlar var. İranın bu gün ən çox hava müdafiə sistemlərinə ehtiyacı var”.
Politoloqun sözlərinə görə, Si Cinpin Donald Trampla telefon danışığında Ağ Ev sahibinin gələcək planlarını müəyyənləşdirməyə çalışıb: “Si Cinpinin Donald Trampla telefon danışığı daha uzun və ətraflı olub. Bu barədə Tramp öz “Truth Social” hesabında paylaşım edib. Liderlər telefon danışığı zamanı İran ətrafında mövcud vəziyyəti, Rusiya-Ukrayna müharibəsini, ticarət və hərbi məsələləri, eləcə də Tayvanı müzakirə ediblər”.
“Tramp aprel ayında Çinə səfər edəcək. O, Si Cinpinlə şəxsi münasibətlərini yüksək qiymətləndirir. Buna baxmayaraq, Trampın və onun administrasiyasının əsas hədəfi Çindir. Vaşinqton Çinin artan iqtisadi və hərbi gücündən narahatdır. Pekinin isə əsas hədəfi Tayvanı ələ keçirməkdir. Vaşinqton Tayvana dəstəkdən imtina etməyəcək”, – deyə Elxan Şahinoğlu paylaşımını yekunlaşdırıb.
Cavid, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Fevral 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see268

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see261

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see257

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see255

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see250

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see244

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see241

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see236

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see224

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see215

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see211

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see205

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see203

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see200

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see200

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see198

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see197

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see194

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see191

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri