Icma.az
close
up
RU
Venetsiya festivalı və qurbanların eşidilməyən səsi...

Venetsiya festivalı və qurbanların eşidilməyən səsi...

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Venetsiyada 82-ci Beynəlxalq kino festivalı başa çatdı. "Qızıl şir”i rejissor Cim Carmuşun "Ata, ana, bacı, qardaş” filmi qazandı. 

72 yaşlı korifeyin filmi heç də aşkar favorit sayılmırdı. Carmuşun qələbəsi kuluarlarda intriqaların, jüridə ziddiyyətlərin, lobbiçilərin fəaliyyətinin nəticəsi idi. Bu üsulla əsas favorit sayılan "Xind Rəcəbin səsi” filminin qələbəsinin qarşısı alındı. Çünki Tunisdən olan rejissor Kauser Ben Xaniyanın filmi özünün çılpaq həqiqətləri və riqqətə gətirən amansızlığı ilə mütləq "Qızıl şir”dən kənarda qalmalıydı.

...Rəssam Dieqo Velaskes 1650-ci ildə 76 yaşlı papa X İnnokentinin portretini çəkir. Papanın xoşuna gəlmir. "Çox həqiqidir!” ("Troppo vero!”) deyir. 

Rəssam nə görübsə, necə görübsə, onu çəkmişdi. Papanı qəzəbləndirən də bu olmuşdu. Böyük inkvizitor portretdə ifrat həqiqət görmüşdü. Dozalı həqiqətə, yaxud komplimentlərə öyrəşmiş, olduğu kimi yox, arzuladığı kimi təsvir olunmağı norma sayan papa üçün həqiqət çox xoşagəlməz olmuşdu. Portretdən ona təkəbbürlü, baxışlarında hikkə, qəzəb və şəkkaklıq bir-birini tamamlayan qoca baxırdı.

Festivalın ilk günündən əksər tənqidçilərin əsas favorit saydığı "Xind Rəcəbin səsi” filmi də çox həqiqi olduğundan birinciliyi qazana bilmədi. Düzdür, filmə "Gümüş şir” müuafatı təqdim olundu - bu, festivalın ikinci mükafatıdır. Ancaq lobbiçiləri qalib saymaq olar. Belə bir şəraitdə isə Cim Carmuş əsl kompromiss fiqur kimi istifadə olundu. "Qızıl şir”i Carmuşdan başqa kimə təqdim etsəydilər, aşkar narazılıq doğurardı. Kino tarixində xidmətləri danılmaz olan amerikalıya qarşı isə bu narazılıq olmayacaqdı. Bununla jüri öz qorxaqlığı ört-basdır etdi, nüfuzlu lobbiçilər qalib gəldi, Ben Xaniya da mükafatsız qalmadı. Hərəyə özününkü.

Sonu görünməyən Qəzza dəhşətlərinin konkret bir epizodunu lentə almış Ben Xaniyanın filminin premyerası 23 dəqiqəlik alqışlarla bitmişdi. İndiyədək heç vaxt Venetsiya festivalında heç bir filmə bu qədər çox əl çalmamışdılar. Filmin icraçı prodüserləri cərgəsinə isə öz təklifləri ilə Bredd Pitt, Xoakin Feniks, Alfonso Kuaron, Conatan Qleyzer də qoşulmuşdu. Bir sözlə, "Xadi Rəcəbin səsi”nin bütün səsləri batıracağı, gurultusunun hamıdan bərk çıxacağı proqnozlaşdırılırdı. Ancaq jüri bir xalqın faciəsini ailədaxili münasibətlərə həsr olunan başqa filmə dəyişdi. Bu isə həm də siyasəti məişətə dəyişmək idi.

"Xind Rəcəbin səsi” filmi 2024-cü ilin 29 yanvarında Qəzzada baş vermiş ailə faciəsinin xronologiyasıdır. Həmin gün İsrailin hücumlarından xilas olmaq üçün 6 yaşlı Xind əmisinin 6 nəfərlik ailəsi ilə birlikdə maşınla Qəzzadan yola çıxır. İsrail tankı maşını atəşə tutur. Xindin əmisi, onun həyat yoldaşı və 4 övladı həlak olur, Xind isə yaralanır. Yaralı uşaq Fələstin Qızıl Ayparasına zəng vurur və kömək istəyir. Bununla da Xind ilə dispetçerlərin telefon danışıqları başlayır və qızın ölümünə qədər davam edir.

Filmin spesifikliyi həm də onun sənədlər və faktlara riayət olunmaqla çəkilməsindədir. Ekranda arxa fonda Xindin öz səsi ilə danışıqları səslənir. Uşaq təkrarlayır: "Mən qorxuram. Məni xilas edin. Mənə kömək edəcəksiz, elə deyilmi?” Sonuncu zəngində uşaq ağlayaraq deyir: "Xahiş edirəm, buraya gəlin. Mən qorxuram”. Bu sözlərin fonunda isə aramsız atəş səsləri eşidilir. Və məhz bu imdad istəyən cümlələr, uşağın yalvarışları Venetsiyada filmin nümayişi zamanı seyrçiləri göz yaşlarına boğur.

Adi vaxtda təcili yardımınköməyə çatması üçün 8 dəqiqə vaxt lazımdı. Belədə isə Qızıl Ayparanın rəhbərliyi İsrail ordusundan icazə almalıdır. İsrail tərəfi məsələni uzadır, cinayəti danır, eyni vaxtda isə Xind ətrafında hamının öldüyünü, tankın onların maşınına yaxınlaşdığını deyir.

Nəhayət, qızı xilas etmək üçün təcili yardım maşını yola düşür. Ancaq tezliklə maşındakı iki tibbi volontyorla əlaqə kəsilir. Onlar da qətlə yetirilirlər.

Hadisədən 12 gün sonra həm Xindin və ailəsinin, həm də tibb işçilərinin cəsədləri tapılır. Tezliklə Xindin səs yazısı yayılır və dünyanın müxtəlif yerlərində insanlar bu cinayətə qarşı faydasız, nəyisə dəyişmək gücündə olmayan etiraz aksiyalarına çıxırlar. Tələbələr universitet kampuslarına Xind Rəcəbin adını verir, aktivistlər İsrail hərbçilərinin cəzalandırılmasını tələb edir, Təl-Əviv isə heç nə olmayıbmış kimi inkar taktikasını seçir. Həmin günlərdə jurnalist Ouen Cons The Guardian qəzetindəki məqaləsində yazır: "Törədilən hər vəhşilikdən sonra İsrail dövləti standart taktika seçir: inkar etmək, diqqəti yayındırmaq, çaşdırmaq və diqqətlərin yeni hadisələrə yönələcəyi vaxta qədər gözləmək”.

Altı nəfərlik ailənin və Qızıl Ayparanın iki volontyorunun sənədləşdirilmiş qətlinə görə heç kəs cavabdeh olmur. Venetsiya festivalından sonra da Xind Rəcəbin səsinin eşidiləcəyi mifdir. İncəsənətin buna gücü çatmır. Karl Marksın sözləri ilə desək, "Tənqidin silahı silahlı tənqidi əəz edə bilməz. Maddi gücə qarşı yalnız maddi güc dayanır”.

Bu amansız qarşıdurmada hansısa film nəyisə dəyişə bilər ki? Lap "Qızıl şir” alsaydı belə...

Məmməd Süleymanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri