Icma.az
close
up
RU
“İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrasına başlanılıb

“İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrasına başlanılıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2025-ci il iyul ayından Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə “İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrasına başlayıb.

525.az-a İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi İsveçrənin Cenevrə şəhərindəki BMT-nin ofisi qarşısında dinc aksiyanın keçirilməsidir. Aksiyada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş 7 ailənin üzvləri iştirak edəcəklər. Bildirilib ki, BMT-nin ofisi qarşısında dinc aksiya keçirməklə dünya ictimaiyyətinin diqqəti bu problemə yönəldiləcək. İtkin düşmüş azərbaycanlıların son taleyi və məzar yerləri haqqında məlumatların Ermənistan tərəfindən Azərbaycan dövlətinə və itkin ailələrinə verilməsi üçün çağırış ediləcək.

Məlumatda bildirilib ki, Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən həyata keçirilən soyqırımı siyasəti nəticəsində itkin düşmüş vətəndaşların axtarılması işinin səmərəliliyinin artırılması, problemin dünya ictimaiyyətinə çatdırılması və bu sahəyə beynəlxalq təşkilatların diqqətinin cəlb edilməsi itkin ailələrinin hüquqlarını müdafiə edən “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin üzərinə düşən vəzifədir. Dünya ictimaiyyəti bu problemin həllinə yönəlik işlər aparmalı, minalanmış ərazilərin təmizlənməsində və axtarış işlərinin asanlaşmasında yardımçı olmalıdır.

Xatırladaq ki, cari il iyunun 1-nə olan məlumata əsasən, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri