XXI Əsrin Qadınları İB ”Qurbanların səsi” layihəsi çərçivəsində tədbir keçirib FOTO
Icma.az, Tribuna portalına istinadən məlumat verir.
XXI Əsrin Qadınları İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Qurbanların səsi” layihəsi çərçivəsində Şamaxıda tədbir keçirib.
Tribunainfo.az xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emin Əsədov, Şamaxı Dövlət Regional Kollecin əməkdaşı Anar Süleymanov, XXI Əsrin Qadınları İB-nin sədri və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, müəllimlər və tələbələr iştirak edib.
Tədbirdə insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi haqqında, insan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 20 İyun 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















