Vens: Tramp Çinə qarşı rüsumlarla bağlı hələ qərar verməyib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp hələlik Rusiyadan neft aldığına görə Çinə əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı yekun qərar verməyib.
APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Fox News telekanalına müsahibəsində deyib.
“Prezident dedi ki, bu barədə düşünür, amma hələ heç bir yekun qərar verməyib. Aydındır ki, Çin məsələsi daha mürəkkəbdir, çünki bizim Çinlə münasibətlərimiz Rusiyayla bağlı vəziyyətə aid olmayan bir çox digər məsələlərə təsir edir. Prezident variantları nəzərdən keçirir”, – Vens deyib.
Baxış sayı:125
Bu xəbər 11 Avqust 2025 03:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















