Vens: Vaşinqton Kiyevin ABŞ və Macarıstandakı seçkilərə müdaxilə cəhdlərindən xəbərdardır
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Amerika Birləşmiş Ştatları Ukrayna xüsusi xidmət orqanlarının ABŞ və Macarıstanda seçki proseslərinə müdaxilə etmək cəhdləri barədə məlumatlıdır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdə baş tutan mətbuat konfransı zamanı bildirib.
"Bizə dəqiq məlumdur ki, Ukrayna xüsusi xidmət orqanlarının daxilində həm ABŞ, həm də Macarıstan seçkilərinə təsir göstərməyə çalışan müəyyən elementlər mövcuddur. Onlar sadəcə olaraq bu cür fəaliyyətlə məşğuldurlar. Bu, onların sistemindəki bəzi elementlərlə işləməyin fəsadlarının bir hissəsidir. Mən özümə daim xatırlatmağa çalışıram ki, Ukrayna da ABŞ kimi olduqca mürəkkəb bir dövlətdir. Orada həm yaxşı, həm də pis insanlar var", - deyə siyasətçi vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Budapeştdə səfərdədir. Diplomat "Facebook"da yayımladığı videomüraciətdə bu səfəri Budapeşt və Vaşinqton arasında münasibətlərdə "qızıl dövrün" başlanğıcı kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Aprel 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















