Icma.az
close
up
RU
Səfir: Çin mühüm razılaşmaların həyata keçirilməsində Azərbaycanla əməkdaşlığa hazırdır

Səfir: Çin mühüm razılaşmaların həyata keçirilməsində Azərbaycanla əməkdaşlığa hazırdır

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-dan sentyabrın 3-dək Çinə səfər edəcək. Dövlət başçısı Tyançzində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində və Çin xalqının yapon işğalçılarına qarşı Müqavimət müharibəsində, eləcə də Ümumdünya Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak edəcək.

Bu barədə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Meyin bəyanatında qeyd olunub.

Bildirilir ki, ŞƏT Sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyançzin şəhərində keçiriləcək. Bu, təşkilat yaradılandan indiyədək ən böyük sammit olacaq. Tədbirdə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək. ŞƏT region ölkələrinin təhlükəsizlik və sabitliyi qorumaq, habelə birgə inkişafı təşviq etmək üçün mühüm əməkdaşlıq platformasıdır. Dünyada son yüz ildə görünməmiş miqyasda baş verən dəyişikliklər fonunda təşkilat qarşılıqlı həmrəylik və əməkdaşlığı möhkəmləndirməli, islahatların aparılmasında məqsədyönlü şəkildə irəliləməli və sülh, inkişaf, əməkdaşlıq və qarşılıqlı fayda kimi tarixi tendensiyalara daha yaxşı uyğunlaşmalıdır. Bu məqsədlə Sammit iştirakçıları “Şanxay ruhunun” təşviqi, multilateralizmin həyata keçirilməsi, dayanıqlı inkişafa dəstək, həmçinin mühüm beynəlxalq və regional məsələlərin müzakirəsi üzrə fikir mübadiləsi apararaq ŞƏT-in yeni inkişaf planını birgə hazırlayacaqlar.

Diplomat vurğulayıb ki, Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunu alıb və “ ŞƏT ailəsinin” mühüm üzvüdür. Çin və Azərbaycan ŞƏT çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycan Çinin ŞƏT-ə sədrliyi dövründə işinə qətiyyətli dəstək verib və təşkilatın Siyasi partiyalar forumu, Energetika nazirlərinin müşavirəsi, Xalq diplomatiyası və qardaş şəhərlər forumu, “yaşıl inkişaf” mövzusunda forum və Çinin təşkil etdiyi digər tədbirlərə yüksək səviyyəli nümayəndələr göndərib.

Qeyd olunub ki, bu il Çin xalqının yapon işğalçılarına qarşı Müqavimət müharibəsində və Ümumdünya Faşizm üzərində qələbənin 80 illiyi qeyd olunur. Sentyabrın 3-də Çin hökuməti Pekində “Tarixi xatırlamaq, qəhrəmanların xatirəsini uca tutmaq, sülhü qorumaq və gələcəyi açmaq” mövzusunda yubiley mərasimi keçirəcək. 80 il əvvəl 14 illik qanlı mübarizənin nəticəsində Çin xalqı işğalçılara qarşı böyük qələbə qazanmış və Ümumdünya Faşizm əleyhinə müharibədə qələbəyə mühüm töhfə vermişdi. 80 il əvvəl beynəlxalq ictimaiyyət İkinci Dünya müharibəsindən mühüm dərslər çıxardı, BMT-nin mərkəzi roluna əsaslanan, onun Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq nizam yaradıldı ki, bu da dünyada sülh və sabitliyin qorunmasında mühüm rol oynadı.

“Bu gün, 80 ildən sonra biz tarixdən əldə etdiyimiz dərslərə əsaslanmalı, İkinci Dünya müharibəsində qazanılmış nəticələri qoruyub saxlamalı və planetdə sülhü qətiyyətlə müdafiə etməliyik. Biz BMT-nin yaradılmasının ilkin məqsədini unutmamalı, beynəlxalq münasibətlərin ümumi tanınmış əsas prinsiplərinə əməl etməli, BMT-nin mərkəzi rol oynadığı beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan dünya düzənini qətiyyətlə müdafiə etməliyik. Biz bütün xalqlar arasında həmrəylik və əməkdaşlığı möhkəmləndirməli, bəşəriyyət üçün ortaq taleyi olan cəmiyyətin qurulmasına təşviq etmək və bəşəriyyətin nəcib sülh və inkişaf işini inkişaf etdirməliyik.

Çin və Azərbaycan faşizm əleyhinə müharibədə qazanılmış qələbəyə yaddaşlardan silinməz tarixi töhfə veriblər. Hər iki ölkə multilateralizmin, beynəlxalq bərabərlik və ədalətin müdafiəsində əsas qüvvədir. Faktlar göstərir ki, dünyada vəziyyət nə qədər çox gərginləşirsə, Çin və Azərbaycan bir o qədər çox həmrəylik və əməkdaşlığı gücləndirməli, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulan beynəlxalq münasibətlər modeli yaratmalı, sabitlik və pozitiv enerji gətirməlidir.

Prezident İlham Əliyevin Tyançzində keçiriləcək ŞƏT Sammitində və Çin xalqının yapon işğalçılarına qarşı Müqavimət müharibəsində, eləcə də Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş yubiley tədbirində iştirakı onun cari ildə Çinə ikinci səfəri olacaq. Bu, ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan verəcək, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini daha da zənginləşdirəcək.

“Çin iki dövlət başçısı arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsinə, tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə və əhəmiyyətli nəticələrin əldə olunmasına, həmçinin beynəlxalq bərabərlik və ədalətin qorunmasına və dünya miqyasında sülh və inkişafın təşviqinə mühüm Çin-Azərbaycan töhfəsi vermək üçün Azərbaycanla birgə səylər göstərməyə hazırdır,” – deyə Çinin Azərbaycandakı səfirinin bəyanatında qeyd olunub.(azərtac)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Avqust 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri