Vərəm xəstələri evlərində müayinə edilirlər VİDEO
Icma.az, Adelet.az saytına istinadən bildirir.
Artıq vərəm xəstələri evdən çölə çıxmırlar, onların bütün müayinələri öz evlərində aparılır, dərmanları da ünvanlarına çatdırılır.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, içərisində xüsusi avadanlıqlar, tibbi ləvazimatlar, müxtəlif dərman vasitələri olan nəqliyyat vasitələri səyyar xidmət göstərirlər. Ağciyər Xəstəlikləri Mərkəzinin əməkdaşları maşınlarla ünvanlara yollanırlar.
Bundan başqa, müəssisələrdə video-müşahidə xidməti də yaradılıb. Xəstələrlə hər gün tək-tək video əlaqə saxlanılır. Onlar dərmanlarını nəzarət altında qəbul edirlər.
Hazırda paytaxtda 3, Şəmkir, Gəncə, Yevlax, Qobustan, İsmayıllı, Şəki, Quba, Zaqatala, Lənkaran, Masallı, Salyan və Sabirabad rayonlarındakı mərkəzlərin hər birində isə 1 belə səyyar maşın var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 28 Oktyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















